reklam
Regionxeberlericom.az » Gündəm » Göyçaylı şəhid anası Mehriban Əliyevadan yenidən kömək istəyir-MÜRACİƏT

reklam

Göyçaylı şəhid anası Mehriban Əliyevadan yenidən kömək istəyir-MÜRACİƏT


regionxeberlericom.az məlumat verir ki, Göyçay rayonu, Müskürlü kənd sakini, şəhid anası Hüseynova Əntiqə Heybət qızı mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təkrar müraciət ünvanlayıb. Müraciətdə deyilir:

"Mən mətbuat vasitəsi İlə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bilıdirirəm.Allah Mehriban xanımdan razı qalsın.Qızım Gülnarın müalicəsinə köməklik göstərilməsi üçün mətbuat vasitəsi ilə Mehriban xanıma müraciət etmişdim.Bundan sonra Mehriban xanımın tapşırığı ilə qızımı Gömrük Hospitalına dəvət edib orada müayinə və müalicəsini aparmağa başladılar.Hazırda qızım Gülnar Gömrük Hospitalında müayinə və müalicə olunur.Ona qaraciyər köçürülməlidir. Kiçik oğlum Rahim öz qaraciyərinin bir hissəsini bacısı Gülnara verməyə hazır idi.Ancaq Gömrük Hospitalında oğlum Rahimi müayinə edib yoxlayan zaman onda hepatit b xəstəliyi aşkar olduğu üçün bu mümkünsüz oldu.Buna görə donor olmadığı üçün qızım Gülnara qaraciyər köçürülməsi əməliyyatı dayandırılıb.Ancaq həkimlər növbəti həftənin 5-ci gününə kimi gözləyirlər ki. donor tapılsın cərrahiyyə əməliyyatı aparılsın.Buna görə mən mətbuat vasitəsi ilə təkrar olaraq Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm qızım Gülnara qaraciyər donoru tapılmasına köməklik etsin.

Qeyd edim ki, mənim oğlum Həsrət Hüseynov Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə 21 yanvar 1994-cü il tarixdə Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Əlaqə telefonu: (051) 595-30-56"










Paylaş:


Müəllif : Tarix:
21-06-2019, 12:35
Sikayət   


loading...
Загрузка...