Seçici ondan xeyir görməmişdi... İNDİ DƏ CAMAATIN EVİNİ QAZIYIR... - NARAZILIQ!
Lənkəran – Lerik yolunun üstündə yerləşən Piran kəndində evlər üçün təhlükə yaradılır.
AzToday.az xəbər verir ki, kəndin ortasından keçən Lənkəran çayının yatağı çınqıl zavodu tərəfindən məhv edilir. Bu isə Piran kəndinin bir-neçə evini sürüşmə təhlükəsi ilə üz-üzə qoyub. Kənd sakinləri çınqıl zavodunun Leriki Milli Məclisdə təmsil edən deputat İqbal Məmmədova məxsus olduğunu deyir.
Onların sözlərinə görə, deputata məxsus zavod xeyli vaxtdır Lerik – Lənkəran yolu boyunca axan çaydan çınqıl daşıyır. İndi isə çayın Piran kəndinin ortasından keçən hissəsinə keçiblər. Sakinlər şikayətlərinə heç kimin məhəl qoyulmadığını bildirir.
Qeyd edək ki, qüvvədə olan qanunvericilik normaları çayların yatağının qazılaraq daşınmasını qadagan edir. Səlahiyyətli dövlət qurumunun, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin deputatın bu özbaşınalığını görməzdən gəlməsi isə əlavə suallar doğurur. Çünki Muxtar Babayevin rəhbərlik etdiyi nazirlik deputata məxsus “Relax” istirahət mərkəzinin meşə ərazisini zəbt etməsi ilə bağlı məhkəməyə belə müraciət etsə də, hələkik heç nəyə nail ola bilməyib. Bu baxımdan İqbal Məmmədovun çayın yatağının qazaraq daşınmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səssiz qalmasını hardasa başa düşmək olar. Maraqlıdır ki, ekoloji fəlakət üçün zəmin hazırlayan deputatın məlum hərəkətlərinə Fövqəladə Hallar Nazirliyi də indiyə kimi heç bir reaksiya verməyib…
Piran kəndindən çəkdiyimiz görüntüləri təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:3-11-2021, 14:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər