9 ildir qəzalı evdə yaşayan Əsgərovlar ailəsi - VİDEO
Qax rayonunun Zərnə kəndində yaşayan Əsgərovlar ailəsi 9 ildir çətin durumdadır.
2012-ci ilin mayında şimal-qərb bölgəsində baş verən zəlzələ bir anda ailənin həyatını alt-üst edib. Yeraltı təkanlar nəticəsində Əsgərovların yaşadığı evin divarlarında iri çatlar əmələ gəlib, evin damı və döşəməsində bəzi hissələr dağılıb, ev qəzalı vəziyyətə düşüb. Təbii fəlakətdən illər keçməsinə baxmayaraq, bu günə kimi ailə başçısı İlkin Əsgərovun səsinə səs verən olmayıb. Qonşuluqda, o cümlədən kənd ərazisində qəzalı vəziyyətə düşən evlər yenidən tikilib istifadəyə verilsə də, Əsgərovlar ailəsinə bu evlərdən pay düşməyib.
Evin xanımı onkoloji xəstədir. O, hər 20 gündən bir kimyaterapiya alır. Belə şəraitsiz, soyuq evdə yaşamaq isə ağır xəstə olan qadının problemlərini bir az da artırır. Bu evdə 2012-ci ilə qədər iki ailə olmaqla 8 nəfər yaşayıb. Ancaq evin qəzalı vəziyyəti ev sahibinin qardaşı Ramil Əsgərovu ailəsi ilə birlikdə Bakıya köçməyə məcbur edib. Hazırda qəzalı evdə 4 nəfər – ata, ana və iki övladı yaşayır.
Zəlzələnin baş verməsindən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən komissiya evə baxış keçirib və qəza haqda rəy yazıb. Ailənin yazdığı məktuba cavab isə sonuncu dəfə 2015-ci ildə gəlib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Paylaş:
Müəllif : Yazar
Tarix:5-11-2021, 16:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər