reklam
Regionxeberlericom.az » Gündəm » Cavanşir Feyziyev Qarabağ qazisinin müraciətlərinə niyə cavab vermir ? - GİLEY

reklam

Cavanşir Feyziyev Qarabağ qazisinin müraciətlərinə niyə cavab vermir ? - GİLEY




















Ağsu rayonu, Pirhəsənli kənd sakini, 2 körpə uşaq atası Bədəlov Cabir on ildən çoxdur işlədiyi “Sadaf Trade” siqaret şirkətindən 2 aydan artıqdır şərlənərək çıxarılıb. Baş ofisi Şəkidə yerləşən şirkətin Şamaxıdakı ofisinə təşrif buyuran Zaur adlı audit şöbəsinin müdiri özü ilə Bakıdan “Leyla Şıxlinskaya klinikası”ndan 2 (qəssab-) həkim gətirib və bu dırnaqarası həkimlər heç bir laboratoriya, digər yoxlama aparmadan gözəyarı rəy veriblər ki, işçi narkotik istifadəçisidir. Cabir bəy ha narkotik istifadəçisi olmadığını desə də, Zaur adlı audit özünü “narkotiklərə qarşı mübarizə aparan polis” yerinə qoyub, belə siqnal aldığını bildirərək, “dedığım dedığdır”dan əl çəkməyib. Maraqlıdır, bəyəm Şamaxıda klinika, həkim yoxdur ki, siqaret şirkəti özü ilə Bakıdan Şamaxıya “ekspert -həkim” gətirib? Özü də “Leyla Şıxlinskaya klinikası”ndan , həm də iki “qəssab” birdən. Bunların qəssab olduğunu Şəki rayon xəstəxanası 12.09.2021 tarixli verdiyi rəy-arayış ilə ortaya qoyub. Sözügedən arayışda Cabir Bədəlov kompleks yoxlanılaraq rəsmi rəy bildirilib ki, vətəndaş narkotik istifadəçisi deyil. Gözləmək olardı ki, bu rəy haqsız işdən çıxarılan iki uşaq atasını işinə bərpa edər . Amma tam əksi olub :Zaur adlı audit şöbəsinin müdiri işçiyə zor tətbiq edərək, işdən azad edilməsi haqqında ərizəyə imza atdırıb. Özü də son ayın pulunu, işdənçıxarma müavinətini vermədən.

Qarabağ qazisi ailəsinə qarşı bu reketliyə hüquqi qiymət verilməsi üçün Şəkidən millət vəkili Cavanşir Feyziyevə müraciətlərə də iki ay keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə müraciətə aparat rəhbəri Aydın Səfixanlı məhkəməyə müraciət etməyi məsləhət görməklə “baxıb” . MM rəhbərliyindən ƏƏSMN tabeliyindəki Dövlət Əmək Müfəttişliyinə göndərilən müraciətə cavab verən müfəttişlik əməkdaşı şikayətə baxmaq əvəzinə “etibarnamə” tələb edib. Halbuki, vətəndaşların əmək hüquqlarının pozulmasına hüquqi qiymət verilməsi bu müfəttişliyin ən başlıca görəvidir. Hüquq mühafizə orqanlarına edilən müraciətlər də, hələ ki, bir sonuc verməyib. Bir aydan sonra Şəki polisindən şirkəti tapa bilmədiklərini deyiblər. İki gün qabaq isə Şamaxı polisindən zəng edib, müvafiq araşdırma aparılacağı deyilib. Prokurorluq hələ də susur. Elə bil, bu şirkət və onun raketlərinin cəzasızlıq prezumpsiyası var. İstənilən halda, vətəndaş işdən çıxarılmağa zorla məcbur edilə bilməz, çıxarılanda işdən çıxarma pulu və s. ödənişlərin verilməsinin təmin edilməsi həyata keçirilməlidir. “Sadaf Trade” şirkətinin “qoçuları” isə o qədər özbaşınalıq edirlər ki, hətta hüququnu tələb edən vətəndaşın başqa qohumlarını pensiyadan məhrum etməklə şantaj edirlər.

Deputat Cavanşir Feyziyevdənsə, hələ də cavab yoxdur . Millət vəkili , millətin başına gətirilən oyunbazlıqlara niyə susur, görəsən?

Məğrur Bədəlsoy













Paylaş:


Müəllif : Tarix:
10-11-2021, 17:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər