reklam
Regionxeberlericom.az » Gündəm » Naxçıvanda fermerlərə RACON KƏSİLİB - GİLEY

reklam

Naxçıvanda fermerlərə RACON KƏSİLİB - GİLEY

 








Naxçıvanda icbari sığorta ödənişi adıyla fermerlərdən qeyri-rəsmi şəkildə pul yığılır.

Bu haqda "Gündəlik Naxçıvan"a bir qrup fermer məlumat verib.

Şikayətçilər deyir ki, kənd və qəsəbə icra nümayəndikləri onlardan" sığortapulu" adı altında müxtəlif məbləğdə pul tələb etsələr də, ödənişlə bağlı sənəd vermirlər.

Babək rayon sakini, fermer Adil Qurbanov deyir ki, sığorta üçün pul ödəsələr də, təbii fəlakət və digər hallarda dəymiş ziyana görə yardım ala bilmirlər: "Biz bilmirik ki, hansı sığorta üçün pul veririk. Elə deyirlər məcburi sığortadı. Soruşduq ki, nəyin sığortasıdı, deyirlər biz də bilmirik, yuxarıdan göstəriş verilib. Məbləğ təsərrüfata görə, 10-30 manat arası dəyişir. Bu il mənim əkinim susuzluqdan xeyli ziyan görmüşdü. Getdim, dedim ki, sığorta olunmuşam, ziyanı ödəyin. Dedilər ki, bu sığorta buna görə dəyən ziyanı ödəmir. Hansı ziyana görə ödəməlidirlər, onu da demirlər".

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən digər fermer isə deyir ki, "sığortapulu" verməyən kənd və qəsəbə sakinləri icra nümayəndəliklərindən lazım olan arayışları ala bilmirlər: "Qanunsuz toplanıldığından, mən bu pulu onlara vermirəm. Qəbz tələb edirəm, deyirlər ki, buna görə qəbz vermirik. Bu yaxınlarda mənə yaşayış yerindən arayış lazım idi. Getdim yerli icra nümayəndəliyinə. Dedi ki," sığortapulu"nu ödəməsən, heç bir arayış ala bilməyəcəksən. Arayış mənə təcili lazım idi deyə, məcbur olub, "sığortapulu" adlandırdıqları rüşvəti verib, arayışı aldım. Rüşvət verməyənləri bu cür cəzalandırıb, məcbur edirlər ki, versin. Bütün kəndlərdə vəziyyət belədir".

Arqument.az Naxçıvandakı rəsmi qurumlardan xəbərə münasibət öyrənə bilməyib.




Paylaş:


Müəllif : Tarix:
15-11-2021, 09:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər