reklam
Regionxeberlericom.az » Gündəm » Kəmaləddin Heydərov öz şirkəti ilə 1.5 milyonluq satınalma müqaviləsi imzaladı

reklam

Kəmaləddin Heydərov öz şirkəti ilə 1.5 milyonluq satınalma müqaviləsi imzaladı









Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti Hacıqabul şəhəri, Əlağa Vahid küçəsi 47 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sakinləri üçün Hacıqabul-Şirvan yolunun qərbində yaşayış binasının tikintisi ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

Qaynarinfo.az xəbər verir ki, müsabiqənin qalibi “Azəri Biznes” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 1 588 339.89 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına göstərilir ki, “Azəri Biznes” MMC 12 aprel 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Bülbül prospekti, ev 55, mənzil 16-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Ağayev Laçın Şirvan oğludur.

Açıq mənbələrdə şirkət haqqında hər hansı məlumata rast gəlinmir. 14 ildir fəaliyyət göstərən MMC-nin nə veb-səhifəsi, nə də əlaqə telefonları var.

“Azəri Biznes” MMC-nin əvvəlki qanuni təmsilçisi İsmayılzadə Cəmilə Eyyub qızı olub. Bu MMC-nin adına Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan şirkətlərin siyahısında rast gəlinir.

Həm də məlum olur ki, MMC-nin qanuni təmsilçisi Laçın Ağayev Kəmaləddin Heydərova məxsus olduğu bildirilən “Gilan Satış” MMC, “Azəri Trans” MMC, “Azəri Trans Construction” MMC, “Azəri Trans TGG” MMC, “Azəri Standart” MMC, “Azəri Karqo” MMC, “Elot” MMC, “Palace İnşaat” MMC, “D.S.Dynamic Soft” MMC, “Qrifon” MMC və “Super Trans” MMC-nin direktoru və qanuni təmsilçisidir.

Bütün bunlar Azəri Biznes MMC-nin Kəmaləddin Heydərova məxsus olduğuna şübhələri bir qədər də artırır.




Paylaş:


Müəllif : Tarix:
16-11-2021, 08:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər