"Kapital Bank" Qarabağ Qazisinə QƏNİM KƏSİLİB - GİLEY
Qarabağ qazisi Cəfərov Qadir Habil oğlu "Kapital Bank”dan şikayətçidir.
Cebhe.info xəbər verir ki, Ağcabədi rayonunun Kəhriz kəndində anadan olan qazimiz 44 günlük Vətən müharibəsində iştirak edib. O döyüşdə iki dəfə yaralanıb.
Sözlərinə görə, ona qarşı hörmətsizlik edilir. Sağ gözü 85 faiz görmür və eşitmə problemi olsa da ona əlillik təyin edilməyib. Şikayətçi bildirir ki, "Papanin"də yerləşən hərbi hospitalda da ona qarşı laqeyd yanaşılıb və müalicədən imtina edilib.
"44 gün vətən müharibəsində döyüşmüşəm. Füzuli, Cəbrayıl və Daşaltı döyüşlərində iştirak etmişəm və iki dəfə yaralanmışam. Lakin bu gün mənə qarşı hörmətsizlik edilir. Əllik dərəcəsi də təyin edilmir. Sonuncu dəfə komissiyadan keçəndə ciyər, onurğa və böyrəyimdə problem aşkarlandı. Hazırda ən çox "Kapital Bank"dan şikayətciyəm. Bakıda kirayədə yaşayıram. Anam 15 ildir ki astma xəstəsidir. Lakin onun da pensiyası kəsilib. Necə edim? Necə yaşayım mən?"
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin şəhid və qazi ailələrinin kreditlərinin silinməsi ilə bağlı tapşırığı olsa da "Kapital Bank” buna əməl etmir. Və qazimiz iddia edir ki, o müharibədə olduğu zaman da bank onun maaşından bu məbləği daima çıxıb. O, bu barədə şikayət ünvanladığından sonra məbləğin bir qismi geri olaraq kartına köçürülüb.
Lakin hazırda "Kapital Bank” yenə də onun maaşından bu məbləği tutur. O, bununla bağlı şikayətini banka ünvanlasa da 15 gün ərzində şikayətinə baxılacağı və həll ediləcəyi vədi verilib. 20 gün keçməsinə baxmayaraq, bankdan heç bir məlumat verilməyib.
O qeyd edir ki, sabah maaşlar köçürüləcəyi üçün bank onun şikayətinə baxmır:
"Maaş kartıma köçürülən kimi bank kartdan həmin vəsaiti silir. Bununla bağlı dəfələrlə şikayət etmişəm. Lakin müraciətimə heç kim baxmır".
Qeyd edək ki, bu gün qazimiz "Kapital Bank”ın baş ofisinə yenidən jurnalistlərlə birlikdə yaxınlaşıb və şikayətini bir daha bildirib. Onu problemli kreditlərlə bağlı baş ofisə yönləndiriblər. Məsələ ilə bağlı araşdırma aparılacağı və həll ediləcəyi deyilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-11-2021, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər