reklam
Regionxeberlericom.az » Gündəm » Pərviz Abbasovun həbsinə sifariş verən məmurun kimliyi bəlli oldu - İLGİNC FAKTLAR

reklam

Pərviz Abbasovun həbsinə sifariş verən məmurun kimliyi bəlli oldu - İLGİNC FAKTLAR













“Yeni Klinika”nın keçmiş direktoru, koronaviruslu xəstələrin klinikaya yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından pul almaqda ittiham edilərək həbs olunan Pərviz Abbasov, eləcə də daha 4 nəfərin məhkəməsi yekunlaşmaq üzrədir. P. Abbasov və digərlərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Artıq prokuror təqsirləndirilən şəxslərə cəza istəyib, hazırda vəkillərin çıxışları mərhələsidir.

Xatırladaq ki, Pərviz Abbasovun vəkili bildirib ki, o, təsir altına salınmış Samir Mirzəyevin ifadəsi əsasında, heç bir sübut olmadan həbs olunub.

Son məhkəmə proseslərindən sonra bizlərə bir daha aydın oldu ki, yüksək istedad sahibi olan həkim Pərviz Abbasov yüksək ranqlı məmurun sifarişi əsasında həbs edilib. Həbs hadisəsinin motivlərini araşdırdıqda buna bir daha əmin olduq.

İlkin istintaq zamanı zorakılığa məruz qalaraq P.Abbasova qarşı yalan ifadə vermiş Samir Mirzəyev də məhkəmədə etiraf etdi ki, ona qarşı ifadəni təzyiq altında verib. Bildirdi ki, ayrı-ayrı şəxslərdən pul alıb, onları klinikaya yerləşdirməyə özü söz verib. Yəni onun bu əməllərindən Pərviz Abbasovun xəbəri olmayıb. Pərviz Abbasovun ona etibarından sui-istifadə etməsinin peşmançılığını çəkdiyini də dedi…”

Pərviz Abbasov özü də təqsirsiz olduğunu deyir. Onun sözlərinə görə, saxlandığı gün axşam saat 18 radələrində əməliyyatçılar iş otağına daxil olub. Kompüterinə, telefonuna baxıblar, kabinetdə axtarış aparıblar.

“Çantamda olan qeyd dəftərimi götürdülər. Həmin dəftərdə vaxtilə tibb universitetində çalışdığım müddətdə apardığım qeydlər var idi. Əməliyyat zamanı maaş kartım, evimin açarı olan pul qabımı da açıb çəkiblər. Sonradan telekanallarda nümayiş etdirdikləri məbləğ mənim aylıq maaşımdan da az olub. Mən aylıq 7500 manat əməkhaqqı alıram. Çəkilişdə göstərilən pul 6650 manatdır. Həmin pul da əməkhaqqımdır”, – Pərviz Abbasov bildirib.

Keçmiş klinika rəhbəri deyir ki, onunla bağlı videogörüntü yayılmasından həbsinin 4-cü ayında xəbər tutub:

“Dörd ay sonra bilmişəm ki, bu video hazırlanıb və televiziyalara ötürülüb. Bununla da ictimai rəyi çaşdırıblar, məni nüfuzdan salıblar. Videoçəkilişdə deyirəm ki, bunları niyə çəkirsiniz, nə axtarırsınız? İzah edirəm ki, bunlar mənim evimin açarı, öz pulumdur. Amma bunları dinləyən olmadı”.

Pərviz Abbasov əlavə edib ki, hazırda onunla mühakimə olunanlardan yalnız Samir Mirzəyevi tanıyıb:

“Digərlərini istintaqda, məhkəmədə tanımışam, görmüşəm. Samir Mirzəyevlə yaxın tanışlıq, dostluq münasibətlərimiz olub. Mənə avtomobilimi alıb-satmaqda kömək edib. Onun özü və yaxınları da koronavirusa yoluxanda klinikada müalicə alıb. İşlə əlaqədar gün ərzində 60-70 nəfərlə telefonla danışırdım. Klinikaya xəstə yerləşdirmək üçün xeyli vəzifəli şəxslər də müraciət edirdi. Milli Məclisin üzvləri zəng edirdi, nazirliklərdən zənglər gəlirdi. “Üstümə benzin töküb yandıracam” deyən adamları da qəbul eləmişəm. Ümumiyyətlə, kim müraciət edibsə, qəbul etmişəm, maraqlanmışam, kömək eləmişəm. Heç kimi çətin vəziyyətdə qoymamışam. Bir nəfərdən də pul almamışam. Səhər saat 6-da evdən çıxıb, gecə saat 12-də qayıdırdım. Mən 40 yaşımda elmlər doktoru olmuşam. Ömrümü səhiyyəyə həsr etmişəm. 40 yaşımın tamamında 4 divar arxasında qaldım. Baş cərrah oldum, universitetdə dərs dedim, dosent oldum, amma bu günə qədər bir adamdan bir qəpik də almadım. Amma yoldan keçən bir adamdan pul aldım? Sizcə bu nə qədər inandırıcıdır? 20 ilin cərrahıyam, bir dənə ipotekada olan evim var, bir də maşınım. İndi özünüz qərar verin. 20 ilin cərrahı istəsəydi, Azərbaycanda nələr qazanmazdı? Çox təəssüf edirəm ki, bir qadın gəlib üzümə durdu. Minlərlə insanın müalicə aldığı klinikada bircə o qadın “tapıldı”. Mən tanımadığım bir adamdan pul ala bilərəmmi? Bu qədər haqsızlığın davam edəcəyinə inanmıram. Burada ədalət olmasa da, mən inanıram ki, ilahi ədalət bir gün qələbə çalacaq. Bütün bu yalanlar dağılacaq”.

İstintaqdan narazılıq edən Pərviz Abbasov ona qarşı qərəzli münasibət göstərildiyini vurğulayıb. Onun sözlərinə görə, gecə saat 2 radələrində haqqında həbs qərarı çıxarılıb: “Mən Eskobar idim? Məhkəməyə çatanda artıq danışa bilmirdim. Saatlarla istintaqda saxlanılmışdım”.

Xəstələrin “Yeni Klinika”ya necə yerləşdirilməsi haqda danışan Pərviz Abbasov bildirib ki, bununla bağlı təlimatı Operativ Qərargahdan alırdı. Təlimata əsasən, öz ayağı ilə gələn hər xəstəni qəbul etmirdi:

“Çünki icazə yox idi. Operativ Qərargahdan hər gün təlimat verilirdi ki, bu gün sərbəst qəbul et. Bəzən də deyilirdi ki, bu gün kim müraciət etsə də, qəbul etmə. İdarə rəisləri, polis rəisləri, onlarla millət vəkilləri, nazirliklərdən zəng edilirdi. Səmimi olaraq deyirəm ki, tanışım Samirin xahişilə də adam qəbul etmişəm. Özüm də dəfələrlə rəhbərliyimə demişəm ki, klinika ilə bağlı rüşvət iddiaları gəzir. Mən özüm bundan narahat idim. Rayon DTX və polis rəisləri ilə də danışığım olub. Belə söz-söhbətlərin gəzdiyini bilirdim. Deyirdim ki, ola bilər. Çünki işçilərin 60-70 faizi başqa xəstəxanalardan ezam olunmuşdu. Ona görə də belə halların ola biləcəyindən ehtiyat edirdim. Klinikaya gətirilən 5500 xəstədən cəmi 1 nəfər məndən şikayətçi olub. Təsəvvür edisiniz? Mən xətasız işləmişəm. Bu rəqəm də onu göstərir. Heç kim şikayətçi deyil. Bircə bu qadın. O da bura gəlsin, mən onu özüm başa salacam, izah edəcəm ki, vəziyyət nə yerdədir”.

Prokuror Pərviz Abbasovun 10 il, “Buta” klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinin 9 il, “Avrasiya” klinikasının əməkdaşı və “Viola” MMC-nin meneceri olan Vüsalə Əliyevanın 6 il azadlıqdan məhrum edilməsini istəyib.

BƏS PƏRVİZ ABBASOVUN HƏBS OLUNMASINA SƏBƏB NƏ OLMUŞDUR?

Əldə etdiyimiz məlumatlar və xüsusi araşdırmalar nəticəsində məlum olmuşdur ki, gənc və yüksək peşəkarlığa və fitri istedada malik P. Abbasov ona xüsusi rəğbəti olan yüksək vəzifəli şəxslər tərəfindən karyerası dəyərləndirilib. Dövlət başçısının yüksək vəzifələrə gənc kadrları yerləşdirmək siyasətindən bəhrələnərək Pərvizin də Səhiyyə naziri ola bilmə şansının yüksək olmasını müzakirə edərək onu inandırmış və bu istiqamətdə ona yaxından köməkliklər göstəriləcəyi vədləri olmuşdur. Verilən məlumatlardan o da aydın olur ki, prezidentə yaxın olan adamlar hətta cənab İlham Əliyevə Pərviz Abbasov haqqında gələcəyi perspektivli olan bir kadr kimi rəy də veriblər. Belə məlumatların sızması nəticəsində sabiq Səhiyyə naziri Oktay Şirəliyev narahatçılıq keçirməyə başlamış və heç bir halda öz yerində özündən daha savadlı, enerjili, Avropa təhsilli, nəfsitəmz, həkim kontingenti arasında xüsusi nüfuza və çəkiyə malik birisini görməyi təsəsvvür etmək belə istəmirdi. Yada salaq ki, bir neçə il öncə millət vəkili olan tanınmış cərrah həkim Rəşad Mahmudovun da Səhiyyə naziri postuna namizəd olmas ıxəbərinə də Oktay Şirəliyev kəskin reaksiya göstərmiş, lakin onun deputat toxunulmazlığı Rəşad Mahmudovu həbs olunmasından xilas etmişdir. Buna baxmayaraq ona mesaj verilmişdir ki, bir də bu barədə belə düşünməsin!. Budur, növbəti qurban cənab Pərviz Abbasov ona dəstək hər vasitə ilə vermək istəyən vəzifəli şəxslərin güdazına getdi. Gerisi bütün Azərbaycan ictimaiyyətinə məlumdur. Belə bir pak həkimə qarşı hətta televiziya kanallarından istifadə olunmaqla onun “İFŞA EDİLMƏSİ” səhnələri də peşəkarlıqla düzülüb qoşulmasa da,hər halda sadə Azərbaycan vətəndaşları arasında böyük məyusluq və nifrət yaratmışdır. Yəni, sifariş “Baltanı kökündən vurun!” formasında həyata keçirilmişdir. Lakin o da məlum olmuşdur ki, qəddarcasına verilmiş sifarişin “dozası” o qədər artıq və tünd olmuşdur ki, nəticədə sifarişçi özü də müəmmalı formada öz postunu itirməli olmuşdur.

Aktualinfo.info




Paylaş:


Müəllif : Tarix:
20-11-2021, 10:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər