İnam Kərimovun `Aqrolizinq` BƏLASI... - Prezidentə müraciət olundu
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatının dirçəldilməsi məqsədilə imzaladığı fərmanla yaradılan “Aqroservis” ASC ilk illərdə təyinatı üzrə böyük uğurlara imza atsa da, son zamanlarda qurumdan narazı vətəndaşların sayı kəskin artıb. Ölkə başçısının Kənd Təsərrüfatı Nazirliyinə olan inamı nəticəsində, “Aqrolizinq” ASC bu nazirliyin tabeliyinə verildi. Lakin, böyük inamın məsuliyyətini anlamayan bir çox dövlət qurumları sui-istifadə məqsədilə hərəkətə keçdi.
KAİM.az-ın məlumatına görə, hazırda, dövlət rəhbərindən fərqli olaraq, qeyri-neft sektoruna laqeyd qalan vəzifəli şəxslər vətəndaşın haqqını yeməklə və ölkənin gələcəyinə ciddi ziyan vurmaqla məşğuldurlar. Bu azmış kimi, prezidentin tapşırıqlarını yerinə yetirməyərək cəmiyyətdə hakimiyyətdən narazı toplumların yaranmasına da qəsdən zəmin hazırlayırlar.
Bilirik ki, kənd təsərrüfatının dirçəlməsi və öz ailəsinin dolanışığını təmin etmək məqsədilə “Aqrolizinq” ASC-yə müraciət edərək texnika alan şəxslər müxtəlif fırıldaqlarla qarşılaşır. Həm əməyinin haqqını ala bilmir, həm də guya “Aqrolizinq” ASC-yə külli-miqdarda borcu varmış kimi məhkəmələrlə əlbəyaxa edilirlər. Məhkəmələr isə, təəssüf ki, sifarışlə hökm verərək, ədalətin təməlini sarsıdır.
Bu barədə “Aqrolizinq” ASC-nin ucbatından zərər çəkmiş bir neçə şəxslə söhbətlər apardıq və problemlərini dinlədik.
Daha ətraflı Kainat TV və Reportyor TV-nin birgə hazırladığı sujetdə:
Paylaş:
Müəllif : Fuad
Tarix:22-11-2021, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər