reklam
Regionxeberlericom.az » Gündəm » Nazir ağac əkir, məktəblər odunla qızır... - Acı Azərbaycan REALLIĞI...

reklam

Nazir ağac əkir, məktəblər odunla qızır... - Acı Azərbaycan REALLIĞI...










Bizim ölkə teatrdır: Mərkəzi Bank manat ucuzlaşmayacaq deyən kimi devalvasiya baş verir, maliyyə naziri qida rüsumlarında bir qəpik də artım yoxdur söyləyir, bazarlarda bahalaşma tüğyan edir, dövlət pandemiya ilə mübarizə apardığını bəyan edir, məlum olur ki, xəstəxanalar rüşvətlə virusa yoluxanları ən lüks palatalara yerləşdirirmiş, guya sosial müdafiə naziri saxta əlilliyə qarşı tədbirlər görülür, ancaq pensiyası kəsilənlərin heç birinin məsələsi araşdırılmır, apelyasiya şikayətinə baxılmır, eləcə də təhsil naziri tələbələrlə ağac əkir, di gəl məktəblərə hələ də istilik verilməyib, əksər əyalətlərdə kənd və bəzi rayon məktəbləri odunla qızdırılır. Yahu, bu nə məmləkət, bu nə məzhəkə?!

Doğurdan da adam heyrətlənir: təhsil naziri Emin Əmrullayev təbiətin qayğısına qalıb ağac əkirsə, kim üçün əkir? Əkir ki, sonra onları kəsib məktəblərdə sinifləri qızdırsınlar? Əkir ki, sonra buz kimi sinif otaqlarındakı sobalarda yandırsınlar?

Reportyor.info bildirir ki, bu günə kimi Təhsil Nazirliyi məktəblərin istiliklə tam və normal təmin olunması üçün heç bir iş görmədiyi halda E.Əmrullayevin ağac əkməsi ikrah hissi doğurur. Axı ağac əkməklə məktəblərin odunla qızması arasında nə qədər uçurum, nə qədər əlaqəsizlik var?!

Təhsil naziri məsələ qaldırmalıydı ki, “Azəristiliktəchizat” ASC bütün məktəblərin istiliklə təmin edilməsini tezləşdirsin, ucqar kəndlərdə yaşıllıqların kəsilib odunların sobalarda yandırılmasının qarşısını alsın.

Artıq 1 həftədən çoxdur, bəzi məktəblərə istilik verilməyib. Nəticədə şagirdlər soyuq dərs otaqlarında təhsil almağa məcbur olur, bu da davamiyyətə mənfi təsir göstərir. Müvafiq qurumlar – “Azəriqaz” QSC, “Azəristiliktəhcizat” ASC və Təhsil Nazirliyi müxtəlif bəhanələr səsləndirərərək, problemin qısa vaxtda həll olunacağını bildirirlər.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, Bakı məktəblərində də istilik sistemləri işləmir: “Əvvəllər məktəbləri odun və dizel yanacağı ilə yerli icra hakimiyyətinə tabe olan təhsil qurumu təmin edirdi. Hazırda bu məsələni Təhsil Nazirliyinə tabe olan Ərazi Maliyyə Hesablaşma Mərkəzləri (ƏMHM) həyata keçirir. Deməli, bütün məsuliyyətdə Təhsil Nazirliyinin üzərinə düşür”.

Ekspert xatırladır ki, keçən il pandemiyayla əlaqədar təhsil distant formada aparıldı: “Bu o deməkdir ki, ötən il yanacaq üçün ayrılan vəsaitdən istifadə olunmayıb. Buna baxmayaraq, bu il artıq qar yağan rayonların məktəblərində yanacağın tapılmaması çox qəribə hadisədir”.

K.Əsədovun sözlərinə görə, bu ilin may ayında Təhsil naziri ƏMHM-lərdə məhz yanacaq və odun tədarükü ilə bağlı yoxlamaların aparılması barədə əmr imzalamışdı.

“Əmrə əsasən, yoxlama aparılan 14 mərkəzdən 7-nin fəaliyyətinin qeyri-qənaətbəxş olduğu qeyd edilib. Maliyyə yeyintisi kimi ciddi nöqsanlara yol verən, hələ də məktəbləri soyuq saxlamaqla şagirdlərin kütləvi şəkildə dərsdən yayınmasında günahkar olan məsul şəxslərin xəbərdarlıq və töhmətlə məsuliyyətdən yayınması isə təəssüf doğurur”,- ekspert vurğulayıb.




Paylaş:


Müəllif : Tarix:
22-11-2021, 12:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər