reklam
Regionxeberlericom.az » Gündəm » Yaxşı ki, İmişli turizm zonası deyil... - Vilyam Hacıyev rayonu bu günə salıb...

reklam

Yaxşı ki, İmişli turizm zonası deyil... - Vilyam Hacıyev rayonu bu günə salıb...


Ötən gün İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda qeyd edilir ki, rayon mərkəzindəki parklar baxımsızlıqdan məhv olmaq təhlükəsi ilə üz-üzədir. Xatırladaq ki, bir müddət öncə də, eyni mövzu ilə bağlı tərəfimizdən məlumat dərc edildikdən sonra külli miqdarda dövlət vəsaiti hesabına qurulan parklara diqqət artırılmışdı. Təəssüf ki, bu diqqət digər sahələrdə olduğu kimi müvəqqəti xarakter daşıdı. Ötən gün redaksiyaya göndərilən şəkillərdə rayon mərkəzində - İmişli Mədəniyyət və Turizm idarəsinin qarşısındakı parkda inəklərin sərbəst şəkildə otladığı görünür. Halbuki həmin parklarda satış qiyməti olduqca ciddi rəqəmlərlə müşayət olunan dekoratif ağaclar və güllər əkilib.

Şəkildən göründüyü kimi bu cür davam edəcəyi təqdrdə qısa zamanda həmin ərazidə əkilən ağac və güllərin məhv olması qaçılmazdır. Onu da xatırladaq ki, bir zamanalar həmin idarənin balansında olan ərazidə hal-hazırda çayxana fəaliyyət göstərir. Mənbənin bildirdiynə görə rayon mərkəzində yerləşməyinə baxmayaraq gün ərzində həmin çayxanada qumar xarakterli müxtəlif oyunlar oynanınlır. Halbuki rayon polis idarəsi çayxananın bir neçə metrliyində yerləşir. Polislə yanaşı, rayon Mədəniyyət və Turizm idarəsinində bu biabırçılığa laqeyd münasibəti olduqca düşündürücüdür. Diqqətli oxucuların nəzərinə onu da çatdıraq ki, İmişli Mədəniyyət və Turizm idarəsi medianın gündəminə daim bu dövlət müəssisəsində baş verən qanunazidd hərəkətlərlə gəlib. Bir zamanlar bu idarənin eks-rəisi Süleyman Bəşirovun külli miqdarda dövlət vəsaitini mənimsəməsi ilə, sonra da hal – hazırkı rəis Nazim Əzimovun əlillərin əmək haqlarına həmkarlar ittifaqı tərəfindən əlavə edilən vəsaitlərin verilməməsi ilə. Məsələ ilə bağlı dəfələrlə tərəfimizdən məlumatlar dərc edilsə də, alınan cavablar diqqətçəkici olmuşdu – “Mənə nazirlikdən hələ ki, heç nə deyilməyib”. Maraqlı nüansdır. Əgər nazirlik və Kürdəmir Regional Mədəniyyət idarəsi irad bildirmirsə, o halda qanundan kənar hansı iş mümkündürsə etmək olar? Tutaq ki, bu tip məsələlər məhz sizlərin söylədiklərindən gəlinənə qənaətə görə hələ ki, bu dövlət qurumlarında normal qəbul edilir. Bəs xalqın istirahəti üçün nəzərdə tutulan parkların qorunması? Onun üçün də xüsusi tapşırıq lazımdırmı? Axı...
Mövzuya qayıdacağıq.


Paylaş:


Müəllif : Tarix:
24-06-2019, 12:30
Sikayət   


loading...
Загрузка...