“Cənab Sədrin bundan xəbəri yoxdur, amma bina mütləq söküləcək” - Naxçıvanda NARAZILIQ
Naxçıvanda tarixi binanı sökürlər. Bina sakinlərinin etirazına isə məhəl qoyulmur.
Ovqat.com-un məlumatına görə, Muxtar Respublika hakimiyyətinin qəzəbinə gələn bina Naxçıvan şəhərinin mərkəzində - Heydər Əliyev prospekti 22 ünvanında yerləşir.
Bina ikimərtəbəlidir və 30-cu illərdə Naxçıvanı idarə edən yüksək səlahiyyətli məmurlar üçün inşa edilib. Cəmi 12 ailənin məskunlaşdığı binada 8 mənzil 3-otaqlı, 4 mənzil ilə 2-otaqlıdır. Sakinlərin bildirirlər ki, bu gün binanı sökməyə gələn Naxçıvan şəhər icra hakimiyyətinin işçiləri onlardan dərhal mənzillərini tərk etmələrini istəyiblər. Sakinlər isə buna etiraz edərək Naxçıvan icra hakimiyyətinə şikayətə gediblər. Şikayətçilərin qarşısına çıxan icra başçısı onların sözünü eşitmək belə istəməyib və olduqca kobud şəkildə sakinləri yanından qovub.
Əlləri hər yerdən üzülən etirazçılar Naxçıvan Ali Məclisinin binasına gediblər. Bu səfər isə şikayətçilərin qarşısına Ali Məclisin aparatının rəhbəri Ülvi Hüseynli çıxıb. O da şikayətçilərlə davranışında şəhər icra başçısından fərqlənməyib. Ülvi Hüseynli bina sakinləri ilə əmiranə danışığında bildirib ki, “Cənab Sədrin bundan xəbəri yoxdur, amma bina mütləq söküləcək”. Yəni Vasif Talıbov kimdir, “Naxçıvanda bizik, Bağdadda kor xəlifə”.
Əslində bina sakinləri də başlarına gətirilən oyundan Vasif Talıbovun xəbərdar olduğuna inanmırlar. Onların fikrincə, “Cənab sədr” heç vaxt tarixi binanın sökülməsinə razılıq verməzdi. Di gəl ki, sakinlər Muxtar Respublikanın saysız-hesabsız “kor xəlifələrinin” yaratdıqları maneələri aşıb şikayətlərini əsl ünvanına necə çatdıracaqlarını bilmirlər.
Sakinlərin iddiasına görə, yaşadıqları bina qəzalı vəziyyətdə deyil və yerləşdiyi məkanın ümumi memarlıq ahənginə uyğundur. Onun hansı səbəbdən söküldüyünü anlaya bilməyən sakinlərin fikrincə, binanın yerində inşa olunacaq yeni tikinti şəhərin həmin hissəsinin ümumi arxitekturasına tamamilə yad görünəcək və bu da digər binaların sökülməsi üçün bəhanəyə çevriləcək.
Sakinlərə sökülməsi planlaşdırılan evlərinin əvəzinə şəhərin kənarında “Köhnə Cin bazarı” adlanan ərazidə ev də təklif ediblər. Amma hamısına yalnız 2 otaqlı mənzil verəcəklərini bildiriblər. Halbuki, sökülməsi planlaşdırılan binanın mənzillərinin əksəriyyəti 3 otaqlıdır və şəhərin mərkəzində yerləşir. Üstəlik, yeni binanın təmir işləri də sakinlərin öz öhdəsinə buraxılıb. İstəyən öz hesabına təmir edə, istəməyən təmirsiz mənzildə də yaşaya bilər. Kim deyir ki, Naxçıvanda demokratiya və insan azadlığı yoxdur? Təmirsiz və ya təmirli evdə yaşamağa qərar verməkdən artıq nə azadlıq?
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2021, 09:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər