Qaz sayğaclarına yüklənən pullar niyə YOXA ÇIXIR? - HƏQİQƏTƏN DƏ...
Son vaxtlar qaz pulu üçün ödəmələrlə bağlı narazılıqlar artıb
Bu barədə Bizim.Media-ya müraciət edən sakinlər "Azəriqaz"ın smartkartına ödəniş etdiklərini və pulun sonradan kartdan silindiyini bildirirlər.
"Qazın kartına 20 manat vurmuşdum. Ancaq evə gəldim sayğaca kartı taxdıqdan sonra 18 manat 60 qəpik göstərildi. Maraqlıdı, 1manat 40 qəpik hara getdi? Artıq üçüncü dəfədir ki, belə olur. Limiti də keçməmişəm”, - deyə Əhməd Eyvazov adlı abonent qeyd edib.
Eyni şikayətlə bir neçə sakin də redaksiyamıza müraciət edib.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Eldəniz Vəliyevin sözlərinə görə abonentin özü ilə məsələ araşdırılacaq.
Qeyd edək ki, karta ödənilən məbləğin 50%-nin silinməsi, yəni limiti keçməsi Tarif Şurasının təbii qaz və elektrik enerjisi ödənişləri üçün tətbiq etdiyi differensiallaşmış tariflə bağlıdır.
Tarif Şurasının bu ilin oktyabrındakı qərarına əsasən əhalinin illik istehlakının 1 200 kub metrədək olan hissəsi (1200 kub metr daxil) üçün tariflər 1 kub metr üçün 2 qəpik artırılaraq 12 qəpik müəyyən edilib. İllik istehlak həcminin 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20, 25 qəpik olmaqla müəyyənləşdirilib.
Xatırladaq ki, hər il olduğu kimi, bu il də mavi yanacağa tətbiq olunan limit yanvarın 1-dən etibarən yenilənəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2021, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər