reklam
Regionxeberlericom.az » Gündəm » Sahil Babayevdən PREZİDENTƏ ŞİKAYƏT OLUNDU - "Sahil Babayev əsassız olaraq..."

reklam

Sahil Babayevdən PREZİDENTƏ ŞİKAYƏT OLUNDU - "Sahil Babayev əsassız olaraq..."









Qusar rayonunun Mucuq kənd sakini, iki azyaşlı uşaq atası, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsində sağ gözünü itirən qazi, tankçı, 3-cü dərəcəli "Vətənə xidmətinə görə" ordeni ilə təltif olunan, 2-ci qrup əlil, baş leytenant Nurmətov Radik Nurmət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə və "Təzadlar" qəzetinə müraciət yazıb.

Müraciətdə deyilir:


"Hörmətli cənab Prezident!

Bildirirəm ki, mən 21 ildir hərbi xidmətdəyəm. Xidmətin 17 ilini Beyləqan və Füzuli rayonlarının sərhəd bölgələrinin səngərlərində yağı düşmən olan ermənilərlə təmas xəttində keçirmişəm.

Həmin illərdə 2 azyaşlı övladımla ailəm kirayələrdə yaşayıb. Hərbi xidmət müddətində sərhəd bölgəsində olduğum üçün həftələrlə ailəmdən ayrı yaşamaq məcburiyyətində qalmışam. Bütün əzab və əziyyətlərə baxmayaraq, Sizin əmrinizə və göstərişlərinizə vicdanla əməl etdiyimə, vətənimin keşiyində layiqli xidmət göstərdiyimə görə dəfələrlə fəxri fərman, orden və medallarla mükafatlandırılmışam. Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində zirehli tank xidməti rəisi vəzifəsini yerinə yetirmişəm.

Vətən müharibəsində Sizin Ali Baş Komandanlığınız sayəsində qəhrəmanlıq göstərərək şəhid və qazi olan igid və mərd oğullarımız qanı bahasına torpaqlarımızı işğaldan azad etdik. Bu döyüşlərdə mən sağlamlığımın 70 faizini itirərək 2-ci qrup əlil oldum.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TSEK-nin 30.08.2021-ci il tarixli rəyinə əsasən, mən dövlət tərəfindən pulsuz maşınla təmin edilməliyəm (rəyin surətini müraciətimə əlavə edirəm).

Azərbaycan Respublikasının və Nazirlər Kabinetinin müharibə əlillərinin ev və xüsusi nəqliyyat vasitəsi ilə təmin edilməsi barədə verdiyi fərman və qərarlardan tam təsdiq olunur ki, məni dövlət pulsuz ev və maşınla təmin etməlidir. Lakin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məni əsassız olaraq qanunla haqqım olan ev və avtomobillə təmin etmək istəmir.









Cənab Ali Baş Komandan! Göründüyü kimi, S.Babayev kimi məmurlar Qarabağ uğrunda gedən döyüşlərdə şəhid və əlil olan vətəndaşlar, yaxud onların ailələri üçün dövlət tərəfindən verilmiş qərar və sərəncamlardan ya xəbərləri yoxdur, ya da onlara əməl etmək istəmirlər.

Cənab Ali Baş Komandan! Yuxarıda qeyd etdiklərimi – sağlamlığımla bağlı hal-hazırkı vəziyyətimi, 21 il ən ağır şəraitdə 2 azyaşlı övladımla sərhəd bölgələrində kirayədə yaşadığımı nəzərə alaraq, müraciətimi nəzarətə götürüb, qanunla mənə düşməli olan ev və maşınla təmin edilməyim barədə aidiyyəti qurum rəhbərlərinə göstəriş verməyimi xahiş edirəm.

Qeyd: "Təzadlar" qəzetinin redaksiya heyətindən xahiş edirəm, müraciətimi ictimailəşdirərək, tapdanmaqda olan haqlarımın müdafiə edilməsinə köməklik göstərəsiniz.

Hörmətlə, H/h zirehli tank xidməti rəisi baş leytenant Radik Nurmətov"

Müraciətlə əlaqədar olaraq aidiyyəti qurumların da rəsmi məktubunu dərc etməyə hazırıq. //tezadlar.az//




Paylaş:


Müəllif : Tarix:
6-12-2021, 08:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər