reklam
Regionxeberlericom.az » Gündəm » Göyçaylı veteran ailəsi onlayn qəbul üçün Sahil Babayevə müraciət edir

reklam

Göyçaylı veteran ailəsi onlayn qəbul üçün Sahil Babayevə müraciət edir








Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə

Göyçay şəhəri Həbibi küçəsi ev 25 sakini 1-ci Qarabağ  müharibəsi veteranı Mahmudov Elbrus Murad oğlu tərəfindən

 MÜRACİƏT

Bizim ailənin yeganə gəlir yeri mənim müharibə veteranlığına görə aldığım 80 manat təqaüddür.Həyat yoldaşım Mustafayeva Sevinc Soltan qızı Göyçay Peşə Hazırlıq Mərkəzində təlim -tədris Şöbəsinin böyük mütəxəsisi vəzifəsində işləyirdi. 2010 -cu ildən rayon İcra Hakimiyyəti məsləhət gördüyü üçün Məşğulluq Mərkəzi tərəfindən Göyçay Regional Peşə Tədris Mərkəzinə tədris istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. 2019 -cu ildə struktur dəyişikliyə görə yəni idarənin adı dəyişdirildiyi üçün həmin mərkəzdə direktor müavini vəzifəsində çalışmışdır.

24 iyun 2021-ci il tarixdə Göyçay Peşə Hazırlıq Mərkəzində təlim tədris şöbəsinin böyük mütəxəsisi vəzifəsinə təyin olunub. 

11 il işlədiyi işinin əmək müqaviləsinə xitam verilib. Ancaq heç bir qanunu əsas olmadan onunla təkrar əmək müqaviləsi bağlanmayıb.Səbəb isə Sevinc Mustafayeva üzləşdiyi qanunsuzluğa görə  Peşə Departamentinin sədri Fuad Mehdizadənin qanunsuz əməlləri barədə şikayət etməsi olub.

Nazirlikdən isə Sevinc Mustafayevaya bildirilib ki, qızınız Rəvanə Mahmudova onun direktor müavini vəzifəsində çalışdığı idarədə xadimə işləyib. Sevinc Mustafayeva isə onlara izah edib ki, onun idarəyə işçi qəbul etmək səlahiyyəti olmayıb, qızım isə həmin xadimə vəzifəsinə "DOST" İş Mərkəzi MMC-nin əmək müqaviləsi əsasında təyin edilib.

Bu tam əsassız səbəbdir ki, göstəriblər.Çünki 19 saylı Ərazi Məşğulluq Filialının müdiri Samir Nuriyevin qardaşı Elşən Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyir.Həmçinin 11 saylı Ərazi Məşğulluq Filialının mütəxəsisi Musa Musayevin həyat yoldaşı Göyçay Məşğulluq Mərkəzində vəzifədə işləyir.

Həttda Sevinc Mustafayevanın şikayəti üzrə Nazirliyin daxili nəzarət audit şöbəsində araşdırma aparılıb.Həmin vaxt Sevinc Mustafayevanın şikayətində göstərdiyi faktları təsdiq edən konkret və  mötəbər subutları Göyçay Peşə Hazırlıq Mərkəzinin müdiri Bəhmən İmranov daxili nəzarət audit şöbəsinə təqdim edib.

Buna baxmayaraq heç bir tədbir görülməyib.

Nazir Sahil Babayev bizi onlayn qəbul etməsi üçün göndərdiyimiz müraciətdən sonra Nihad Muxtarlı və Mustafa Abbasbəyli bizi onlayn qəbul edib.Ancaq biz nazir Sahil Babayevin onlayn qəbuluna düşmək istəsəkdə buna imkan yaradılmır.İlk olaraq nazir müavini Anar Əliyevin onlayn qəbulundan sonra bunun baş tuta biləcəyi qeyd edilsədə iki aydır gözləyirik

Sevinc Mustafayevanın işlədiyi Göyçay Peşə Hazırlıq Mərkəzində hazırda 5 vakant iş yeri var.Ora təyinat olmayıb.Sevinc Mustafayeva həmin vəzifəyə təyin olunmasını istəyir və yaxud Nazir cənab Sahil Babayevin onlayn qəbuluna düşmıək istəyirik ki, obyektiv həqiqəti ona şəxsən çatdıra bilək.

Əlaqə telefonu ; (055) 882-89-54 








Paylaş:


Müəllif : Tarix:
7-12-2021, 09:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər