reklam
Regionxeberlericom.az » Gündəm » Rabitə nazirliyində dövlətin milyonları ilə varlanan GİZLİ ŞƏBƏKƏ: Əmiuşaqları Məmmədovlar və dayı TRİYOSU

reklam

Rabitə nazirliyində dövlətin milyonları ilə varlanan GİZLİ ŞƏBƏKƏ: Əmiuşaqları Məmmədovlar və dayı TRİYOSU



Məlum olduğu kimi, nazir Rəşad Nəbiyevin əmri ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni aparatı rəhbər təyin olunan Samir Qaçay oğlu Məmmədovla bağlı ilginc məlumatlar dolaşmaqdadır.

GUNinfo.az xəbər verir ki, nazirlə yaxın dosluğu olduğu deyilən Samir Məmmədov dövlətin pulu ilə gizli şəkildə, yaxın qohumunun adına şirkətlər və törəmə müəssisələr yaradaraq rabitə sahəsində nəzarəti ələ keçirməklə iqtidara meydan oxuması deyilməkdədir.

Beləki,  vəzifəyə gələn andan 5 milyonluq tenderi “qazanan” aparat rəhbəri ölkənin təhsil sistemindəki rabitə nəzarətin də əldə etməyi bacarıb.  Təhsil Nazirliyi nəzdində, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “AzEduNet” MMC ilə maliyyə dəyəri 4 999 999.01 AZN təşkil edən satınalma müqaviləsi buna sübutdur.  İlk görünüşdə müqavilədə ümumtəhsil məktəblərinin yüksək sürətli internet şəbəkəsinə qoşulması, pandemiya dövründə şagirdlərin təhsilə cəlb olunmasını təmin etmək məqsədilə distant təhsilin təşkili ilə əlaqədar məktəblərin fiberoptik kabellə internətə qoşulması nəzərdə tutulsada əslində bu belə deyil. Çünki, yeni aparat rəhbəri ölkənin bütün internet nəzarətin öz şirkəti ilə həyata keçirməyə yaxındır. Paytaxda və bölgələrdə bu istiqamətdə gizlin çalışmaların getdiyi də deyilir.

Aparat rəhbəri vaxti ilə çox sayda şirkətləri və QHT təhsil ocaqlarını necə kompüterləşdirib ?

Təhsil Nazirliyi tərkibində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin müvəqqəti rəhbəri, nəhayət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Samir Məmmədovun adı ölkə mətbuatında ən çox hallandırılan məmur-biznesmenlərdən biri, bəlkə də birincisidir.

Xatırlaqdaq ki, Samir Məmmədov Təhsil Nazirliyində idarə rəisi vəzəifəsi daşıyarkən, 5 minə yaxın orta məktəbin və əlavə olaraq ali məktəblərin və kolleclərin kompüterləşməsi adı altında öz şəxsi bizneslərini “çiçəkləndiriblər”.

Təsəvvür edirsiniz, qlobal bir layihədən söhbət gedir. Həm də söhbət təkcə məktəblərə sadəcə kompüterlərin alınıb quraşdılımasından getmir. Bura məktəblərin proqram təminatı, müxtəlif internet cihazları ilə təchiz olunması, müəllimlərin kompüter hazırlığı və s məsələlər daxildir.






Əli Abbasovla Samir Məmmədovun “Enginet”, “Mədəd”, “AzeduNet” və “KÜR” biznesləri

Bu qlobal məsələnin həyata keçməsi üçün dövlət tərəfindən milyonlarla vəsait ayrılıb. Bütün bu işləri isə “AzeduNet” MMC, “Enginet” MMC, “Mədəd” MMC , “Mədəd” Qeyri-Hökumət Təşkilatı və “KÜR” kompüter zavodu həyata keçirib. Görək bu şirkətlərin və QHT-nin sahibi kimlərdir..?





Əli Abbasovla Samir Məmmədovun “Enginet”, “Mədəd”, “AzeduNet” və “KÜR” biznesləri

Guya orta məktəblərdə müəllimləri informasiya texnologiyaları, informatika ilə tanış edən bu “Mədəd” MMC-nin və Mədəd QHT-nin rəhbəri Emil Məmmədovdur. Emil Məmmədov isə Təhsil Nazirliyindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni Aparat rəhbəri Samir Məmmədovun əmisi oğludur.








Əli Abbasovla Samir Məmmədovun “Enginet”, “Mədəd”, “AzeduNet” və “KÜR” biznesləri

Təhsil ocaqlarını informasiya texnologiyaları ilə təchiz edən “Enginet” MMC-nin təsisçisi Məlikov Elnur Yadigar oğlu, direktoru isə Nağıyev Anar Xəlil oğludur.

Məlumat üçün qeyd edək ki, Elnur Məlikov Emil Məmmədovun qaynıdır. Bu şəbəkənin digər bir qolu olan “AzeduNet” MMC-nin təsisçiləri isə Haciyev Fuad Bəyalı oğlu, Həsənov Heydər Elmar oğlu və direktoru Yahyayev Natiq Rza oğludur.






Əli Abbasovla Samir Məmmədovun “Enginet”, “Mədəd”, “AzeduNet” və “KÜR” biznesləriBunlarda Samir Məmmədovun yaxınları və ailə üzüvləridir. Bu MMC -lər məktəblərin internet təminatını həyata keçirir. Beləliklə dövlətin xoş məqsədlə ayırdığı milyonlar bu əmioğlanları, qayınlar arasında milyonlar qazanmağa səbəb olub. Əslində bu məsələ dövlət satınalmaları olduğu üçün yaxın qohumların birgə iştirakı yolverilməz və qadağandır. Amma buna baxmayaraq milyonları ərədən qohumlara və əmi ğlanlararına azmış kimi daha 5 milyon eşkəş verilir. Bəs soruşan yoxdur ki, ay qohumlar və əmi oğlanları əvvəlki milyonlara siz nə iş gördünüz hanı dövlətin tender deyə arxasına keçdiyiniz milyon manatlar!?…

Vaxtı ilə Əli Abbasovun cibinə işləyən hazırda dövlətin pullarını göyə sovran Məmmədov əmiuşaqları bu gün Emil və Samir Məmmədovlar Abşeron rayonu Xırdalan qəsəbəsində böyük tikinti kompleksinə də sahiblik edirlər. Əli Abbasovla Samir Məmmədovun “Enginet”, “Mədəd”, “AzeduNet” və “KÜR” biznesləri

Məmədovların bir uğuru da vətənə xəyanətdə ittiham edilmiş, keçmiş MTN generalı, həbsdən yeni çıxan MAFİOZ kimi tanınan Akif Çovdarovla yaxın qohum olmalarıdır. Məlumat üçün bildirək ki, Samir Məmmədovun əmisi, “Sevimli Dad” şirkətinin sahibi Murad Məmmədovla Akif Çovdarov qudadır. 

Beləcə bu şəbəkənin bir ucu həbsxanada, bir ucu Elmlər Akademiyasında müşavir, o biri QHT sektorunda, bir başqası Bakı Mühəndislik Universitetinin Texnoparkına rəhbərinə qədər uzanır.








Yeni Aparat rəhbəri Samir Məmmədovun bağlantıları və gizli biznesi bunula da bitmir. Yeni rəhbərin “BİRlink/ENGINET” Provayder, simsiz, fiber optik internet şirkəti Bakıda və bölgələrdə sürətli internet provayder, fiber optik internet, kabelsiz, simsiz internet xidməti, IPTV, ADSL xidmətləri həyata keçirməkdədir. Əməkaşlarımızın araşdırmalarına görə “BİRlink/ENGINET” birbaşa S. Məmmədova məxsusdur. Amma, Məmmədov dedi-qodu məsuliyyətindən uzaq olmaq üçün dayısı Yelmar həsənovun idarəsində olması bilinir. Həmçinin Şirvan şəhərindəki Kərpic zavodunu S.Məmmədov necəsə özəllişdirərək oranıda dayısı Yelmara həvalə edib. Samir Məmmədova aid “BİRlink/ENGINET” Provayder, simsiz, fiber optik internet şirkətinin prezidenti “Mədəd” MMC-nin və Mədəd QHT-nin rəhbəri Emil Məmmədovdur. Həmin Emil Məmmədovdur ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni Aparat rəhbəri Samir Məmmədovun əmisi oğludur. Dediyimiz kimi,Əmi oğlanları paytaxda və bölgələrdə rabitə sistemini tamami ilə ələ keçirirlər. Nümunə kimi bölgələrdə dövlət müəssisəsi olan “Aztelekom” MMC-ni sıradan çıxarmaq üçün onun payladığı internetin surətini qısaraq bilərəkdən lazımsız vəziyyətə gətirirlər. Əvəzində isə bölgələrdə yaşayan əhaliyə fəaliyyət göstərən idarə və müəssisələrə “BİRlink/ENGINET” Provayderinindən istifadə etməyə məcbur edirlər. Hələ bu Məmmədovların şəbəkə fəaliyyətinin görünən tərəfidir. Növbəti yazıda yüklü sayda  milyon manatlar daha sonra hansı gözəgörünməz şirkətlər vasitəsi ilə ələ keçirilməsindən və ofşar hesablardan və çox sayda malikanə, bahalı avtomobillər, milyonluq obyektlərdən söhbət açmağa calışacağıq. GUNinfo.az 

ARDI VAR




Paylaş:


Müəllif : Tarix:
7-12-2021, 09:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər