reklam
Regionxeberlericom.az » Gündəm » Suraxanının icra başçısı Əziz Əzizovun “tülkü geyimləri” ciddi qınağa səbəb oldu…

reklam

Suraxanının icra başçısı Əziz Əzizovun “tülkü geyimləri” ciddi qınağa səbəb oldu…









İcra başçısının qoyun, dana fermaları, üzümlükləri, villaları..
Biz elə bilirik ki, ancaq işğal olunmuş ərazilərimzdəki məscidləri ermənilər dağıdır, təhqir edirlər.
Ancaq bəzi məmurlar var ki, bu məsələdə heç də ermənilərdən geri qalmırlar.
Təkcə bir faktın əsasında bu məsələyə nəzərə salaq.
Suraxanı rayonu ərazisində 7 əsrdən çox yaşı olan, tarix memarlıq abidəsi kimi qorunan qədim məscid var. Əgər onun vəziyyətini görsəniz elə bilərsiniz ki, ermənilər bu məscidi bu günə qoyub.
Amma ....bu məscidi bu günə qoyan iki məmurdur:
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və Suraxanının icra başçısı Əziz Əzizov.
Birincisi, adını mədəniyyət naziri qoyan Əbülfəs Qarayevin müavini və tabeçilyində olan şəxslər məhkəmədə açıq bildirdilər ki, yığıdığımız pulları Əbülfəsə verirdik. Hamı bunun şahidi oldu.
İkincisi, həmin məscidin təmiri üçün dövlət kifayət qədər maliyyə vəsaiti ayırmışdı, bəs o pullar hara getdi ?
Əlbəttə, Əbülfəs Qarayevlə Əziz Əzizov həmin pulun başına daş saldılar. Məscid isə biabırçı durumda qaldı.
Rüşvəti və korrupsiyanı kiminsə, nəyinsə ayağına yazmaq olar. Bəs görəsən Allahın evinin təmirinə ayrılan pulları yeməyi Əbülfəsə və Əzizə bağışlayan olacaqmı ?
Görəsən Əziz Əzizov məscidin düz yanındakı ərazini villa tikmək üçün neçəyə satıb ?
Məscidi elə duruma salan Əziz Əzizov görəsən villa sahibindən aldığı puldan 5-10 manat ayırıb heç olmasa məscidi təmizlədə bilməzdi ?
Görəsən, Əziz Əzizov köhnə neft quyularının üstünü satıb tikintiyə icazə verirsə, yüz minlər qazanırsa, düşünmür ki, sabah hansısa fəlakət baş verəndə onun yaxasından yapışacaqlar ?
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Maraqlıdır ki, SOCAR da bu məsələyə görə, səsini çıxartmır.
Qarabağ qazisi olan kapitan Prezident İlham Əliyevə yazır ki, icra başçısı Əziz Əzizov məktəbin yanındakı torpaq sahəsini kiməsə ticarət məqsədilə satıb. Hansı ki, həmin ərazi məktəbə gələn maşınların saxlanması, valideynlərin və şagirlərin rahat keçməsi üçün nəzərdə tutulmuşdu. Dəfələrlə bu ərazidə şagirdləri maşın vurub...
Bəli, Əziz Əzizov üçün pul sanki hər şey deməkdir, istəyir uşaq ölsün, istərsə də qazi...
Bəli keçmişi tramvay şoferi, noxud, arpa satan olan icra başçısı Əziz Əzizov üçün mənəvi dəyər arxa plana keçir.
Belə ki, özü noxud satmaqla məşğul olan icra başçısı sürücünü icra hakimiyyətinin hüquq şöbəsinə işə götürür.
12 il Cəlilabadı satan, talayan Əziz Əzizov indi də 2 ildir ki, Suraxanını metr-metr satır.
Bu adamın biznesi az qala ölkənin yarısını əhatə edir.
Konkret olaraq Neftçalada mal-qara ferması, əkin sahələri, araq sexləri fəaliyyət göstərir.
Cəlilabadın ən münbit torpaqlarını satan Əziz Əzizov bu illər ərzində milyonlar qazanıb. Bakıda mənzilləri, Cəlilabadda fermaları, əkin sahələri, üzümlükləri, ticarət və iaşə obyektləri var.
Cəlilabaddan sonra Əziz Əzizov bir müddət Yasamalın icra başçısı oldu. Həmən vaxtda Yasamalda xeyli obyektləri oldu. Yasamalda plana düşən evlərə ayrılan pulların azı 20 faizi icra başçısına çatırdı. Evləri sökülən vətəndaşlara verilən kirayə haqqını da Əzizov məmimsəyirdi, tikilən binaların 1-ci mərtəbəsini özününkülərə verirdi.
Məsələn, Yasamalda Əziz Əzizovun qızının “Papanin” körpüsünün yanındakı, STAR MTK-da BEAUTY adlı gözəllik salonu fəaliyyət göstərir.
Bu salon kimlərə və hansı xidmət göstərir ?
Salon sahibi hər ay vergidən necə yayınır ?
Gecələr salondan hansı qandonduran səslər gəlir ?
Sözün qısası, Əziz Əzizov satmağında davam edir.
Satmağı cəhənnəmə, icra başçısı Anım günündə şəhid ailəsinin hasarını dağıtdırıb.
Bu adam başa düşümür ki, şəhidin 2 övladını böyüdən ana özü də qəhrəman anadır…
Hansı ki, həmin gün- 27 sentyabr - Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Ehh, vallah bəzi icra başçıları üçün nə Anım günü.
Ancaq Əziz Əzizov unudur ki, onun yaxın dostu, Neftçalanın sabiq icra başçısı, hazırda məhbus həyatı yaşayan İsmayıl Vəliyevin aqibəti onu da gözləyir.
Əziz Əzizovun tülkü dərisindən geydiyi “modnu” geyimlər isə cəmiyyətdə ciddi rezonans doğurdu.
Və sosial şəbəkələrdə insanların qınağına çevrildi.
Deyəsən, Əziz Əzizov öz əli ilə özünə quyu qazır…




Paylaş:


Müəllif : Tarix:
9-12-2021, 08:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər