"Şapka Mamed"in çirkli maliyyə şəbəkəsi ilə ŞÜBHƏLİ BAĞLANTISI - İDDİA
Son məlumat budur ki, ölkəmizdə fəaliyyət göstərən əsas banklardan biri olan “Ziraatbank”ın xalis mənfəəti 40 faiz azalıb.
Bank sistemindən başı çıxanlar bilir ki, bu çox ciddi rəqəmdir.
Görəsən, “Ziraatbank”da nə baş verir ?
İlk öncə “Ziraatbank” barədə…
“Ziraatbank”ın keçmişi və bu günü ilə bağlı onu deyə bilərik ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb.
Bank, Elman Rüstəmovun 30 dekabr 2014-cü il tarixində verdiyi 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Bəli, bütün banklar Elman Rüstəmovun “mübarək” imzası ilə ölkəmizin bank sektoruna daxil olublar.
Bu bankın adı Amerika yanlısı, qardaş Türkiyəyə qarşı savaş açmış Fətulla Gülənin adı ilə bağlıdır. Fətullah Gülənin ABŞ-ın “xidmətçisi” olması heç kimə sirr deyil. Bəs belə olan halda onun bankının ölkəmizdə fəaliyyəti hansı məntiqə uyğundur.
Əlbəttə, “Ziraatbank” ölkəmizdə fəaliyyətə başlayanda Fətullah Gülən söhbəti yox idi…
Hətta Fətullah Gülən məsələsini bir kənara qoysaq belə, bu bankın fəaliyyəti heç bir qaydaya sığmır…
Ondan başlayaq ki, “Ziraatbank” xeyli müddət “Şapka Mamed” kimi tanınan Məmməd Musayevin vasitəsilə fermerlərə verilən kreditlərin “nağdlaşdırılmasında” yaxından iştirak edib.
Bəli, fermerlərə ayrılan dövlət vəsaitləri “Ziraatbank” dan keçərək fermerlərə verilib. Və ortada milyonlarla “otkat” əməliyyatı olub.
Yəni Avni Dəmirçi ilə Məmməd Musayev uzun illər fermerlərə ayrılan pulları mənimsəyiblər.
Yuxarıda qeyd etdik ki, “Ziraatbank” məsələsi təkcə iqtisadi məsələ deyil, həm də və daha çox SİYASİ MƏSƏLƏDİR.
Çünki Türkiyənin düşməni olan Fətullah Gülənin bankı ölkəmizdə fəaliyyət göstərə bilməz. Bu birmənalı olaraq belədir.
Axı, necə ola bilər ki, Bakıda oturub fəaliyyət göstərən bank qardaş Türkiyənin paytaxtımızdakı rəsmi tədbirlərinə qatılmır, hətta hörmətsizlik göstərir, amma Sumqayıtda dini radikalların tədbirlərində başda oturur...?
Digər tərəfdən “Ziraatbank” çox ciddi maliyyə maxinasiyalarında iştirak edib, çirkli pulların yuyulmasında vəsilə olub.
Belə banklar ölkəmizdə əvvəllər də fəaliyyət göstərib.
Onlardan biri də İrana məxsus “Royalbank” olub.
Bir neçə il əvvəl eyni əməllərinə görə, İranın ölkəmizdəki “Royal Bank”ı bağlandı.
Və bankın sahibi olan ata-oğul Əli və Fuad Cam həbs edildi.
İndi eyni aqibət Avni Dəmirçini də gözləyir.
Sonda onu qeyd edək ki, Qazax-Tovuz zonasındakı iş adamları, sahibkarlar bir gün Avni Dəmirçi ilə “Şapka Mamed”in yaxasından yapışacaqlar.
Bu sözü unutmayın... //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:10-12-2021, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər