reklam
Regionxeberlericom.az » Gündəm » "EHEYY MUXTAR BABAYEV, İŞBAZLAR TUQAY MEŞƏLƏRİNİ MƏHV EDİR" - VİDEO

reklam

"EHEYY MUXTAR BABAYEV, İŞBAZLAR TUQAY MEŞƏLƏRİNİ MƏHV EDİR" - VİDEO







Samuxun Qarasaqqal kəndləri ərazisini əhatə edən Tuqay meşə massivi kommersiya və əkinçilik məqsədilə məhv edilir.
100 hektarlarla ekoloji ərazi işbazların maddi təcavüzü sayəsində öz təbii gözəlliyini, füsunkar dəyərini itirir. Traktor və digər texnikaların köməyilə Kürqırağı meşəlik ərazidəki nadir ağaclar yox edilir, çıxarılaraq yandırılır, ərazi qanunazidd icarə sənədləşmələri əsasında hasarlanır, Kürqırağı meşələr özbaşına şumlama üsulu ilə əkin-biçin sahələrinə dönüşdürülür.
"Demokratik.TV"-nin məlumatına görə, 100 hektarlarla ərazidə mövcud olan nadir yulğun bitki növü demək olar ki, sıradan çıxarılır. Hazırki proses ərazidəki heyvanat aləmini, xüsusilə ceyran-cüyürləri didərgin salıb.

Ekoloji faciə yerli əhalinin Qarasaqqal kimi tanıdığı meşə ərazisində yerli icra hakimiyyəti və Ekologiya nazirliyinin əəməkdaşlarının gözü qarşısında cərəyan edir. Kilometrlərlə uzanan və bölüşdürülən ərazilərdə çəpərləmə işlərinə Dəmiryol infrastrukturuna aid dövriyyədən çıxarılmış beton dirəklər cəlb edilib. Sözügedən betonların Dəmiryol təsərrüfatından hansı yolla və necə əldə edilməsi də maraq doğurur.
Meşə təsərrüfatını əkinə çevirən şəxs və ya şəxslərin kimliyi bizə tam bəlli olmasa da, bəzi iddialara görə, məqsədə uyğun olmayan işlərin aparılmasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin də adı çəkilir. Eləcə də, məlumata görə, ekoloji relyefin pozulmasında bəzilərinin məqsədi sahədə müxtəlif əkin işi etməklə dövlət tərəfindən kənd təsərrüfatı inkişafı məqsədilə ayrılmış küllü miqdarda datasiyanın mənimsənilməsinə, hesabatlarla hökumət üzvlərinin aldadılmasına nail olmaqdır.

Onu da bildirək ki, meşə uzun illərdir ki, ilin qış və yay fəslində mal-qara sürülərinin də tapdağında, bir neçə fermerin işğalında olub.
İnanırıq ki, Samux rayon icra hakimiyyəti və meşəlik ərazilərin, ekologiyanın qorunmasına mükəlləf olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən mənzərəyə təcili surətdə məntiqi aydınlıq gətirəcək...
Demokratik.Az 




Paylaş:


Müəllif : Tarix:
11-12-2021, 09:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər