Əlillərə hər il ayrılan birdəfəlik kompensasiya kimlər tərəfindən mənimsənilir? - NARAZILIQ!
Sən demə, hər il dekabr ayının 3-də Beynəlxalq Əlillər günü ilə əlaqədar olaraq, əlillərə dövlət tərəfindən 30 AZN məbləğində birdəfəlik kompensasiya verilirmiş. Bundan Samux rayonunda yaşayan əlillər hələ indi xəbər tutublar. Xəbəri alan kimi də üz tutublar Samux rayon Dövlət Sosial Müdafiəsi Fonduna ki, artıq bir neçə ildir paylarına düşən məbləği niyə almamalarının səbəbini öyrənsinlər. Samux rayon DSMF-da məsul şəxs olan Ceyhun adlı şəxs onların hərəsinə bir söz deyib, yola salır.
Məsələn, Samux rayon sakini Məmmədov Cavanşir Fəxrəddin oğlu deyir: - "İki qardaşım 1-ci qrup əlildir. Vəziyyətləri çox ağırdır. İkisi də mənim himayəmdədir. Ailə tərkibim böyükdür. Özüm də yaşlı, xəstə adamam. Dolandıra bilmirəm. Üstəlik də qardaşlarımın müalicə xərcləri məni daha da çarəsiz durumda qoyur. Bu dəqiqə mənim üçün 1 manat da puldur. Hər il əlillər günü bütün əlillərə birdəfəlik kompensasiya verilirmiş. Bizim xəbərimiz olmayıb. Gedirəm DSMF-na müraciət edirəm, orda Ceyhun adlı məsul şəxs mənə deyir, sən sənədlərini verməmisən. Onlar məndən sənəd istəməyiblər axı. İndi eşidirəm ki, əlillərə bu pul hər il verilirmiş. Amma, Samux rayonunda bu pullar mənimsənilir."
Daha bir Samux rayon sakini Həsənova Zəminə Səməndər qızı deyir:
"Əlil uşaq anasıyam. Maddi vəziyyətim çox çətindir. Üstəlik də əlil övladımın müalicəsi, dərmanları, pampersi, filan... Çatdıra bilmirəm. Gəlir yerim də yoxdur. Dövlətimizin övladım üçün ayırdığı maddi yardımlar da mənimsənilir. Eşitmişəm ki, hər il əlillərə dekabrın 3-də pul verilir. Getdim DSMF-na. Ceyhun adlı şəxs mənə deyir, "Sən sənəd verməmisən." Mən nə sənəd verməliyəm? Mənim övladım artıq bir neçə ildir ki, əlil kimi qeydiyyatdadır. Dəfələrlə ərzaq yardımı olunub. Hətta, qurban bayramında da eşitdim ki, ət paylanıb əlillərə. Getdim dedim, bəs bizim payımız hanı? Ondan sonra gətirib 2 kq iylənmiş ət verdilər. Götürmədim. Sonra, normal ət alıb gətirdilər. İndi də Ceyhun deyir, "Bu ildən keçdi, gələn il sənə verərik 30 manat". Mən Ceyhundan yardım istəmirəm. Dövlətimin övladım üçün ayırdığı pulu istəyirəm. Niyə mən bunun üçün hər dəfə DSMF-na getməliyəm, onlara ağız açmalıyam? Bu saat mənim 1 manata da ehtiyacım var. Ceyhun yoldaşıma zəng edib deyir, "özün gələrsən danışarıq, arvadını bura gətirmə, həyasızlıq edəcək".
Dövlət müəssisəsində çalışan məsul şəxsin, dövlət məmurunun vətəndaşlarla danışığına baxın. Vətəndaşın haqqını vaxtında verməyib, tələb etdiyində isə onunla bu cür təhqiramiz ifadələrlə danışmaq yüksək özgüvənin göstəricisidir əlbəttə. Çünki, onsuz da idarəetməni itirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan və Vüqar Behbudovun rəhbərlik etdiyi Sosial Xidmətlər Agentliyi sözün əsl mənasında Allah ümidinə qalıb. Başı az qala hər həftə imzaladığı tender müqavilələrinə möhkəm qarışdığından, işinə və işçilərinə nəzarəti ümumiyyətlə unudub. Vüqar Behbudov, eləcə də onda olan özgüvən və ona bu özgüvəni verən "dayağı" "lövbər salıb" oturduqları kürsünü deyəsən "toxunulmaz" zənn edirlər. Odur ki, tez-tez imzaladığı və haqqında Dövlət Satınalma Portalında ətraflı məlumat yerləşdirməyi lüzum bilmədiyi tender müqavilələri barəsində heç mətbuatın sorğularını cavablandırmağa da gərək duymur. Ümumiyyətlə haqqında yazılan bu qədər məlumatlara da məhəl qoymur. Maraqlıdır ki, Vüqar Behbudovun özbaşına fəaliyyəti haqqında yayılan bu qədər məlumatlara heç aidiyyəti qurumlar da məhəl qoymurlar ki, bu gün də o, fəaliyyətini olduğu kimi, yəni əvvəlki axarıyla davam etdirir. Görünür, güvəndiyi dağlar sağlamdır və V. Behbudovun "ərköyünlük"ləri də onlara "şirin" gəlir.
Amma, ölkə başçısının apardığı islahatlar və son zamanlar oturduğu "kürsünü isitdiyini' sanıb, xoşhal olan bəzi məmurların acınacaqlı aqibəti özbaşına fəaliyyətlərini davam etdirən məmurlara nümunə olmalıdır.
Ümidvarıq ki, könüllü olaraq əyri yolundan dönməyən istər kiçik olsun, istər böyük səlahiyyət sahibləri tezliklə qanunlar qarşısında cavab verəcəkdir.
Unutmayaq ki, biz hüquqi dövlətdə yaşayırıq. Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Paylaş:
Müəllif : Fuad
Tarix:14-12-2021, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər