İntiqam Babayev səfir gedir, yoxsa.?! –Keçmiş nazir müavinini sürpriz gözləyir– VİDEO
“Gənclər və idman nazirinin keçmiş müavini İntiqam Babayev həbs edilə bilər. Müvafiq hüquq-mühafizə orqanları hazırda keçmiş nazir müavinin gənclər sektorunu idarə etdiyi 21 illik dövrü araşdırır”.
Bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub.
Editor.az xatırladır ki, bir müddət öncə blogger Mehman Hüseynovun Gənclər və İdman Nazirliyi ilə bağlı hazırladığı araşdırma materialında da bu qurumda ayrı-ayrı vaxtlarda tenderlər çərçivəsində külli miqdarda vəsaitlərin müxtəlif MMC-lərə köçürülməklə “silindiyi” faktları ortaya qoyulmuşdu. Bu araşdırma materialında Gənclər və İdman Nazirliyi vasitəsi ilə külli miqdarda vəsaitlərin köçürüldüyü və dövlət səviyyəli tədbirləri təşkil etdiyi iddia olunan MMC-lərin sahiblərinin ümumiyyətlə baş verənlərdən xəbərsiz olduqları, kiçik miqdarlarda vəsait müqabilində müxtəlif sənədlərə imza atdırılaraq aldadıldıqları ortaya çıxmışdı.
Mənbəmiz iddia edir ki, araşdırma materialında üzə çıxarılan faktlar və bir sıra digər şübhəli məqamlar məhz İntiqam Babayevin kurasiya etdiyi sahəni əhatə edir.
Ümumiyyətlə internet üzərindən aparılan kiçik bir araşdırma nazir müavini işlədiyi dövrlərdə mətbuatda İntiqam Babayevin ünvanına müxtəlif yollarla dövlət vəsaitlərini talamaq, gənclər üçün nəzərdə tutulan dövlət mükafatlarını layiq olmayan şəxslərə təqdim etmək, ayrı-ayrı gənclər təşkilatlarının fəaliyyətini şəxsi maraqları əsasında iflic etmək kimi ağır ittihamlar səslənib. Keçmiş nazir müavininin adı mətbuatda hətta FETÖ-ya yaxınlıqda belə hallanıb.
Mənbəmizin iddiasına görə, İntiqam Babayev hazırda bütün imkanlarını işə salaraq Türk Dövlətləri Birliyinə daxil olan ölkələrdən birinə səfir təyinatı almaq üçün çalışır. Amma 21 illik nazir müavinini sürpriz gözləyir. Araşdırmalar bitdikdən sonra İntiqam Babayev üçün səfirliyin deyil, həbsxananın qapıları açıla bilər…
Paylaş:
Müəllif : Fuad
Tarix:16-12-2021, 08:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər