reklam
Regionxeberlericom.az » Gündəm » Fövqəladə təhlükələr yaradan şirkətin ÖZBAŞINALIQLARI... - NARAZILIQ!

reklam

Fövqəladə təhlükələr yaradan şirkətin ÖZBAŞINALIQLARI... - NARAZILIQ!





Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Təngivan kəndi yer üzündən silinməkdədir. Kəndin düz ortasından keçən Lənkərançay çayının yatağı Lənkəran icra başçısı Taleh Qaraşovun birbaşa olaraq himayə etdiyi “PROFCO” MMC tərəfindən intensiv şəkildə qazılaraq daşınmaqdadır.

RegionXəbərləri.com AzToday.az-a istinadən xəbər verir ki, təxminən 10 il əvvəl fəaliyyətə başlayan daş-çınqıl karxanasi artıq kənd sakinlərinin əkin yerlərinə keçib.

Təbiətin amansız şəkildə məhv edilməsinin qarşısını alınmağını istəyən Təngivan sakinlərinin müraciət etmədiyi yer qalmayıb. Məhz, müvafiq dövlət qurumlarının hərəkətsizliyi kəndin məhv olunmasını şərtləndirir, sakinlərin həyatı üçün isə ciddi təhlükə yaratmaqdadır.

Təhlükə təkcə Təngivan sakinləri üçün deyil, Lənkəranın çay yatağı boyunca yerləşən kəndləri üçün də var(sel, daşqın və s.).

Başqa bir təhlükə isə çay boyunca çəkilən və Lerik rayonunu işıqla təmin edən yüksək gərginlikli elektrik xəttləri yaranıb. Beləki elektrik dirəklərinin altını qazan “PROFCO” MMC-yə hələlik “dur” deyən tapılmır.

Kəndin bələdiyyə sədri, icra nümayəndəliyindən tutmuş bütün yerli orqanlar tərəfindən himayə olunan şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilir. İcra başçısı Taleh Qaraşovun da Kəmaləddin Heydərovun adamı olduğu şübhə doğurmur. Sakinlərin sözlərinə görə, qanunlara tüpürən adıçəkilən MMC o qədər yüksək yerlərdən himayə olunur ki, onların yazdığı məktublar da ünvana çatmır.

Təngivan kəndindən acınacaqlı görüntüləri təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
17-12-2021, 10:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər