Zeynəb Xanlarovanın bacısı oğlu məhkəməsinə cangüdənlərlə gəlir - QALMAQAL
Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Paşayevin sədrliyi ilə Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun, onunla birgə mühakimə olunan Çingiz Səfərov, Rahil Babayev, Zəfər Abdulov, Eldar Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
"Yeni Müsavat" xəbər verir ki, iş üzrə məhkəmə araşdırmaları bu ilin yayında başlayıb. Məhkəmə prosesi davam etdiyi dövrdə zərərçəkənlərdən Xumara Şabanova dünyasını dəyişib.
İttihama görə, Daşqın Nəsirov 2 ahıl qadının - 80 yaşlı Əzizəxanım Atayevanın və mərhum Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən torpaq sahələrini saxtakarlıqla ələ keçirib. Zərərçəkənlərin şikayətindən sonra həyata keçirilmiş istintaq tədbirləri ilə Türkan qəsəbəsi sakinləri Daşqın Nəsirov və Çingiz Səfərovun 2019-cu ilin iyul ayında Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi vəzifəsində işləmiş Rahil Babayevi vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etməsi müəyyənləşib. Məlum olub ki, qəsəbə sakinləri 1939-cu il təvəllüdlü Əzizəxanım Atayevanın və 1928-ci il təvəllüdlü Xumara Şabanovanın ölmələrinə dair saxta sənədlər hazırladıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə yalan məlumatlar daxil ediblər, bununla da dövlətə məxsus olan orta bazar qiyməti daha yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçiriblər. Çingiz Səfərov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, icra nümayəndəsi işləmiş Rahil Babayev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Sonradan isə Daşqın Nəsirov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qanunsuz olaraq azadlığa buraxılıb. Məhkəmə zərərçəkənlər və onların qanuni nümayəndəsinin Daşqın Nəsirovun məhkəmə dövründə həbsdə saxlanılması haqda vəsatətlərini təmin etməyib.
İş üzrə təqsirləndirilən şəxslərdən yalnız Çingiz Səfərov özünü ittiham üzrə qismən təqsirli bilir. Daşqın Nəsirov əsas fiqurant olsa da, özünü təqsirli bilmir.
Son prosesdə Əzizəxanım Atayeva zərərçəkən qismində ifadə verib. O, Daşqın Nəsirovun əsas günahkar olduğunu məhkəmə kollegiyasının diqqətinə çatdırmaqla həbs olunmasını tələb edib. Deyib ki, ona məxsus torpaq sahəsinin ələ keçirən, sağ ikən ona ölüm haqda şəhadətnamə hazırladan, torpağını satan Daşqın Nəsirov olub: “80 yaşım var, aylardır küçələrdəyəm, pensiyamı taksilərə verirəm. Mənim övladlarım acından ölür, bunlar mənim torpaqlarımı satıb yeyib. Bilmirəm, torpağımı kimə satıblar? Amma bildiyim odur ki, alan şəxs oranın mübahisəli olduğundan məlumatlıdır və həmin ərazi hazırda istifadəsizdir. 25 sot yer xarabalıq olub. Mən məgər ölmüşəm ki, adıma ölüm kağızı çıxarıblar? Çingiz Səfərov mənim oğlumu aldadaraq bələdiyyəyə aparıb, ona iş verəcəkləri adı ilə sənədlərə imza atdırıb. Rahil Babayev də ailə tərkibimiz haqda yalan məlumatlar verib. Torpağımızı satan Daşqın Nəsirovdur. İlk növbədə tutulmalı odur. Bu işlərin başında Daşqın Nəsirov dayanıb. Onu həbs edin!”
Zərərçəkən tərəf Daşqın Nəsirovun azadlıqda qalmaqla cinayətin obyektiv araşdırılmasına mane olacağını baş prokurora ünvanladqları məktubda da yazıblar.
Daşqın Nəsirov prosesə 5-6 cangüdənin əhatəsində gəlir. Ötən məhkəmə prosesində üzə çıxan məqamlardan biri də maraq doğurur. Belə aydın olur ki, Daşqın Nəsirov cinayəti törədərkən Xəzər rayon Ağsaqqallar Şurasının sədri olub. Bu haqda iş üzrə həbsdə olan Rahil Babayevin də ifadəsinin olduğu bildirilir. Qeyd olunur ki, hazırda məhkəmə qarşısına çıxarılan mütəşəkkil dəstənin Türkan qəsəbəsinin ərazisində 10-dan artıq belə əməli var. Məhkəmə prosesi dekabrın 17-də davam etdiriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2021, 11:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər