reklam
Regionxeberlericom.az » Gündəm » "Bir sinifdə 40 şagird varsa, hansı keyfiyyətli təhsildən söhbət gedə bilər" - ETİRAZ

reklam

"Bir sinifdə 40 şagird varsa, hansı keyfiyyətli təhsildən söhbət gedə bilər" - ETİRAZ


















“12 illik təhsilə keçidlə bağlı müzakirələr aparılır. Hesab edirəm müəyyən ciddi hazırlıqlar həyata keçirildikdən sonra ölkəmizin 12 illik təhsilə keçidi təhsilimizin inkişafına töhfə verə bilər”. Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkədəki hesabında bildirib. Millət vəkili qeyd edib ki, 12 illik təhsilə keçid bizə təhsili daha sistemli təşkil etməyə, dərs saatlarını artırmağa imkan verəcək: “Dünyanın əksər ölkələrində 12 illik təhsil tətbiq olunur. 12 illik təhsilə keçid, eləcə də xarici ölkələrdə bizim gənclərimizin təhsillərini uğurla davam etdirmələrinə öz təsirini göstərəcək. Bununla həm də beynəlxalq təcrübəyə keçmiş olacağıq və bu təhsillə bağlı bir sıra hallarda tələbələrimizin xarici ölkələrdə üzləşdiyi çətinliklərin həllinə öz müsbət təsirini göstərəcək”.

Təhsil məsələləri üzrə ekspert, təcrübəli pedaqoq Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, əsas təhsilin müddəti deyil, keyfiyyətidir:

- Eşidiblər ki, xarici ölkələrdə 12 illik təhsil var, deyirlər, bizdə də olsun. Bu, “atamın gözünü çıxarım, qoy mənə də Koroğlu desinlər” məsəlinə bənzəyir. Bəli, 12 illik təhsil sistemi var, lap 18 illik təhsil sistemi də var. Misal üçün, Hollandiyada təhsil 18 ildir. Amma necə təhsildir? Geniş spektrli, əhatəli. Şagirdlərə peşə öyrədilir, ixtisaslar üzrə təmayüllər formalaşır. Şagird 18 illik təhsili başa vurduqdan sonra bizim ali məktəbləri bitirmiş tələbə səviyyəsində olur. Bəlkə daha da artıq. Çünki təhsildə keyfiyyət var. Həm də 18 illik təhsilə ucdantutma bütün şagirdlər cəlb edilmir. Şagirdlər seçilir, ən savadlılar, bacarıqlı, qabiliyyətli uşaqlar təhsilə davam edir. Ümumiyyətlə, 4-cü sinifdən etibarən ələmə başlayır. Zəif, az bacarıqlı uşaqlar getdikcə ələnir. Ən yaxşılar sona qalır. Bizdə bunu edə biləcəklərmi? Ayda-ildə bir dəfə məktəbə gələn uşağı 12 il təhsil almağa məcbur etməyin mənası yoxdur. 12 illik təhsildə qabiliyyətli, bilikli uşaqlar seçilməli və onlarla təhsilə davam edilməlidir. Söhbət kadr hazırlığından gedirsə, istedadlı, perspektivli uşaqlar təhsilə davam etməlidir. Nə qədərdir belə uşaqlar? Ölkə üzrə 4500 ümumtəhsil məktəbində 2500-3000 istedadlı, bilikli şagird ola, ya olmaya. Sözümün canı budur ki, 12 illik təhsilə yalnız istedadlı şagirdlər cəlb edilməlidir.

12 illik təhsilin dərs saatlarının artırılmasına, təhsilin daha sistemli təşkilinə imklan verəcəyi mülahizəsinə gəlincə, N.Qulamoğlu qeyd etdi ki, ölkədə təhsil sahəsində daha ciddi problemlər var və öncə onlar aradan qaldırılmalıdır:

- Əvvəlcə sinifdəki şagirdlərin sayını azaltmaq üçün əməli iş görsünlər. Bir sinifdə 35-40 şagird varsa, orada keyfiyyətli təhsildən söhbət gedə bilməz. İkincisi, niyə imkan vermirlər ki, bacarıqlı, bilikli müəllimlər pedaqoji kollektiv formalaşdırsın? Müəllimlərə vəsait ayırsınlar, qoy onlar məktəb yaratsın, şagirdlərə keyfiyyətli təhsil versin. Sonra 12 illik təhsilə keçid barədə düşünək.









Paylaş:


Müəllif : Tarix:
18-12-2021, 09:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər