reklam
Regionxeberlericom.az » Gündəm » Yevlax Yaşıllaşdırma və İşıqlandırma idarəsində rüşvət qalmaqalı: “1000 manat alıb…”

reklam

Yevlax Yaşıllaşdırma və İşıqlandırma idarəsində rüşvət qalmaqalı: “1000 manat alıb…”

















Ətraf mühit və onun mühafizə olunması, eyni zamanda bu sahədə əmələ gələn problemlərin həlli hər zaman aktuallığı ilə diqqəti cəlb edib.

Belə bir səbəblər üzündəndir ki, son illər bu sahəyə daha çox diqqət və qayğı göstərilir, problemlərin həlli yöndə aidiyyəti dövlət qurumları tərəfindən yerlərdə vəzifə sahibi olan şəxslərə lazımi tapşırıqlar verilir. Əvvəla onu qeyd edək ki, ekologiya sahəsi canlı və cansız təbiətin qarşılıqlı münasibətini tədqiq edən bir elm olmaqla bərabər, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmanın qanunauyğunluqlarını, оnların əlaqəsini və dialеktikasını izahlı şəkildə öyrədən elmdir.

Bir sözlə, müasir bəşəriyyətin varlığını ekologiyasız təsəvvür etmək heç cür mümkün deyil. Belə ki, yazmağı, oxumağı, saymağı bilmədən, hətta bir çox yaşayış hallarını dərk etmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən yaşamaq, bir o qədər də çətin məsələdir. Bütün bunlara baxmayaraq, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi strukturunda vəzifə sahibi olan elə şəxslər var ki, onlar ekologiyamızın bu yöndə əhəmiyyətinə məhəl qoymurlar, açıq-aşkar şəkildə bu sahəyə “qənim kəsilirlər”, yeri gəldikdə şəxsi maraqlarının həlli yöndə “minbir hoqqalar”dan çıxıb hər cür qanunsuzluq əməllərinə qol qoyurlar.

Bənzəri olmayan qanunsuzluqlara qol qoyan vəzifə sahiblərindən biri də, Yevlax Şəhər Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsinin rəhbərliyidir.

Adicə bir faktı qeyd edək ki, Qoca Səmədov Yevlax şəhər İcra Hakimiyyətinin başçısı olduğu illər ərzində, dövlət qayğısı olaraq 133 nəfər işsiz vətəndaş bu qurumda ictimai işlərə cəlb olunurlar. Bu müəssisənin müdiri rayon rəhbərliyi ilə əlbir olur və daha çox qazanc əldə etmək məqsədilə, dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqlarının müəyyən hissəsini mənimsəməyi də bacarır. Düzdür, bu yöndə atılan addımlarla bağlı müvafiq tədbirlər görüldü və hər kəs də bunun canlı şahidi oldu.

Təəssüflər olsun ki, yenə də bu müəssisədə oxşar addımlar atılır, yəni büdcə pullarının fərqli formada mənimsənilməsi həyata keçirilir.

Bunlardan biridə həmin idarəsinin mühasibi Rauf adlı şəxsin vətəndaşdan 1000 azn alıb işlə təmin edəcəyi ilə bağlı vədlər verməsidir. Rüşvəti alan Rauf əfsuslar olsun ki, həmin şəxsi indiyə qədər işlə təmin edə bilməyib.

Görəsən Rauf DTX tərəfindən Yevlaxda bu cür hallara qarşı gördüyü tədbiri unudub yoxsa arxasında duranlara arxayın olur?

Bu suala cavab tapmaq heçdə çətin deyil. Çünki, Yevlaxda “məmurlar”-ın arxasında duranlar, onlara himayədarlıq edənlər bəllidir.

Ümid edirik ki, DTX yenidən bu rayona baş çəkəcək…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

KanalS.az




Paylaş:


Müəllif : Tarix:
19-12-2021, 12:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər