reklam
Regionxeberlericom.az » Gündəm » Ağdaşda vəzifəli şəxs sələmi ilə vətəndaşları yoxsul vəziyyətə salıb-ŞİKAYƏT

reklam

Ağdaşda vəzifəli şəxs sələmi ilə vətəndaşları yoxsul vəziyyətə salıb-ŞİKAYƏT










RegionXəbərləri.com-a şikayət ərizəsi ilə müraciət edən Ağdaş şəhəri H.Əliyev prospekti bina 26 mənzil 18 sakini Abbasov Qorxmaz Tofiq oğlu vəzifəli şəxsin sələmiçiliklə insanlara qənim kəsilməsi barədə məlumat verib.

Şikayət məktubunu olduğu kimi dərc edirik.

Ağdaş rayonunun Dəhnə kəndində yaşayan Həsənov Əziz Əhmədpaşa oğlu heç bir icazə sənədi lisenziyası olmadan qanunsuz bank əməliyyatları aparır.Nəticədə də insanları özündən asılı qoyub yoxsul vəziyyətə salıb.Əziz Həsənov "Azərpoçt" MMC-nin Ağdaş rayon Poçt filialında işləyir. O, rayonda sələmi pul verməklə məşğul olur.Bəlkədə onun dövriyədə milyonlarla manat pulu var.Əziz Həsənov hər bir vətəndaşa 30 % -lə qanunsuz sələmiyə verdiyi pulu gələcəkdə narazılıq yarandığı halda rahat almaq üçün notarusda borc müqaviləsi bağlatdırır.Həmin borc müqaviləsində məbləg 3 dəfə artırlır.Məsələn 10.000 manat sələmiyə verilən pul borc müqaviləsində 30.000 manat göstərilir. 

Həmin 10.000 manat sələmi pulu alaın şəxs 20.000 manata qədərini ödəyib yoxsul vəziyyətə düşür.Buna baxmayaraq sələmiçi Əziz Həsənov ondan əl çəkməyərək pulun 10.000 manatınıda ödəməsini tələb edir.Əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət edib həmin şəxsdən 30.000 manat pulun alınıb ona verilməsi barədə qətnamənin çıxarılmasına nail ola bilir.Çünki yuxarıda qeyd edilən kimi əvvəlcədən notarial qaydada borc müqaviləsi bağlanılmışdır.Bundan sonra həmin borclu şəxsi icra şöbəsi həbslə hədələyir.Beləliklə yoxsul vəziyyətə düşmüş şəxs həbslə üz-üzə qalır.Çarəsiz qalıb evini satıb sələmiçi Əziz Həsənova verib çöllərdə qalmalı olur.

Ağdaşda çoxlusayda sələmi pul verərək çoxlusayda insanları dilənçi vəziyyətinə salan sələmiçi Əziz Həsənovun barəsində tədbir görən yoxdur.Çünki onun belə qanunsuz bank əməliyyatları aparması vergidən küllü miqdarda pul yayındırması barədə orqanlarında məlumatı var.

 Verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaradır. Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir.   Dövlət qeydiyyatına vergi uçotuna alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi – qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma hesab edilir. 

 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə – cinayət nəticəsində külli miqdarda ziyan vurduqda;cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin onuda qeyd edim ki, Əziz Əhmədpaşa oğlu Həsənov uzun müddət 2-ci qrup əlil kimi dövlətdən pensiya almışdır.Bu ilin sentyabr ayında onun əlilliyinin müddəti bitmişdir.Ancaq onun əlliliyinə səbəb kimi qeyd edilmiş xəstəlik onda mövcud deyil.Əgər Əziz Həsənov müasir tibb aparatları ilə müayinə edilərsə onda həmin xəstəliyin heç vaxt mövcud olmadığı aşkarlanacaq. Belə olan halda onun saxta qanunsuz yolla təyin edilmiş əlillik dəcəsinə görə indiyə kimi aldığı pullar dövlət nəfinə geri alınmalıdır. 

 Əziz Həsənov lisenziyası olmadan bank əməliyyatları aparıb küllü miqdarda vergidən pul yayındarmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinin tərkibi vardır.Buna görə araşdırma aparıb onun cinayət məsuliyyətə cəlb edilməsinə zərurət var. Xahiş edirik cinayət əməllərini araşdırıb Həsənov Əziz Əhmədpaşa oğlunun barəsində təcili və ciddi tədbirlər görəsiniz.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləri.com 






Paylaş:


Müəllif : Tarix:
20-12-2021, 00:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər