reklam
Regionxeberlericom.az » Gündəm » Yardımlı İcra-probasiya şöbəsi Ayaz Əsgərovun diqtəsinə əsir düşüb? – qanunsuz tikili dayandırılmır – SƏSYAZI

reklam

Yardımlı İcra-probasiya şöbəsi Ayaz Əsgərovun diqtəsinə əsir düşüb? – qanunsuz tikili dayandırılmır – SƏSYAZI


 


















Yardımlının icra başçısı tikinti özbaşınalığını və korrupsiya əməlini şəhid ailəsinin kölgəsinə sığınaraq ört-bas etmək istəyir; Şirvan İnzibati Məhkəməsinin qərardadı – 07.12.2021-ci il tarixli icra vərəqəsi Yardımlı rayon icra və probasiya şöbəsi tərəfindən niyə icra edilmir?
Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovun bir müddət əvvəl şəhərin mərkəzində yerləşən və vətəndaş Teyyubov Rüstəm İsrafil oğluna məxsus 400 kv-metrlik qeyri-yaşayış təyinatlı torpaq sahəsinin uyğunsuz sərəncamla başqasına satması barədə məlumat vermişdik.

Demokratik.Az-a daxil olan yeni məlumata görə, hazırda həmin torpaq sahəsi üzərində qanunsuz tikinti işləri davam etdirilir, rayon icra hakimiyyəti başçısının şəxsi maraqları sayəsində tikinti və arxitektura normaları əlində heç bir icazə sənədi olmayan şəxs və ya şəxslər tərəfindən qəsdən pozulur.

Saytımıza göndərilən şikayətin və rəsmi sənədlərin məğzindən aydın olur ki, hazırda Şirvan İnzibati məhkəməsində Teyyubov Rüstəm İsrafil oğlunun Yardımlı İHB-nin 02.11.2021-ci il tarixli, 74 nömrəli sərəncamının ləğvinə dair iddiası (İŞ: 2-1(120)-1925/2021) icraatdadır. Eləcə də Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək mübahisələndirilən torpaq sahəsində aparılan bütün növ tikinti-söküntü, qazma işlərinin təcili dayandırılması qət edilib. Lakin, qərardadın icrasına cavabdeh olan Yardımlı icra və probasiya şöbəsi qərardadı icra etmir, işin mahiyyətindən müxtəlif bəhanə ilə yayınmağa çalışır.  

Mövzu ilə əlaqədar Yardımlı rayon icra və probasiya şöbəsinin rəisi Vasif Novruzovla telefon əlaqəsi yaratdıq. Baş icraçı əvvəlcə məsələyə özünəməxsus şəkildə izah verməyə, tikinti işlərinin durdurulmasının mümkünsüzlüyünə diqqət ayırmağa çalışdı. Qərardadda tikintinin dayandırılmasına cavabdeh kimi icra hakimiyyətinin göstərildiyini, buna görə də tikinti işi aparanlara qarşı dayandırılma tədbiri görə bilmədiklərini bildirdi. Ardından, qısa müddət sonra, bizi aldatmağa cəhd edərək tikinti işlərinin dayandırıldığını, bütün maraqlı tərəflərə hüquq və vəzifələrinin izah edildiyini bildirdi. 

Lakin, dəqiqləşdirmələrdən sonra müəyyən etdik ki, tikinti işi dayandırılmayıb, əksinə hazırda obyektin ikinci mərtəbəsinin tikintisi daha da sürətləndirilib.
Onu da xatırladaq ki, Ayaz Əsgərov 02 noyabr 2021-ci il tarixli sərəncamı ilə sabiq icra başçısının imzaladığı 04 iyul 2014-cü il tarixli sərəncamın ləğvinə cəhd edib. Rayon sakinlərinin və şikayətçinin iddiasına görə, icra başçısı sahibkarlıq məqsədi daşıyan torpaq sahəsini maddi nemətlər müqabilində mülkiyyət sahibi Teyyubov Rüstəm İsrafil oğlunun əlindən qamarlayaraq başqasına satıb. Torpaq sahəsi hazırda kiminsə adına deyil və icra başçısı özbaşınalığı ört-bas etmək üçün şəhid ailəsinin atasının adından və nüfuzundan istifadə edir.

Əslində şəhid ailəsinə pulsuz torpaq verməli olan icra başçısının bir başqasını incidib məhz mübahisəli yeri şəhid ailəsinə rəva görməsi Ayaz Əsgərovun xoşniyyət olmadığını aydın edir. Şəhidlərimizə sayğımız sonsuzdur, lakin, bu halda icra başçısının özbaşınalığına heç bir mənəvi bəraət yoxdur...
(mövzu diqqətimizdədir)

Demokratik.Az
 



Paylaş:


Müəllif : Tarix:
20-12-2021, 08:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər