reklam
Regionxeberlericom.az » Gündəm » Gəncənin icra başçısı Niyazi Bayramovun biganəliyi şəhid atasını ölüm həddinə çatdırdı…- VİDEO

reklam

Gəncənin icra başçısı Niyazi Bayramovun biganəliyi şəhid atasını ölüm həddinə çatdırdı…- VİDEO










Qızına Londonda 30 milyona mülk alan Niyazi Bayramov şəhidin küçəsinə 2 işıq dirəyi basdırmağa pul tapmır..

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı  Niyazi  Bayramovun əməlləri ilə bağlı Gündəlik-Bakıya göndərilən yeni  VİDEO-material  bizi məcbur etdi ki, yenidən bu mövzuya qayıdaq. 
Yeri gəlmişkən,  bəzi məmurlar onların barəsində təkrar-təkrar yazmağımızı  müxtəlif yerlərə yozurlar. 
Cənablar, biz sizin qara qaşınıza, ala gözünüzə aşiq olub, eyni mövzuya  təkrar-təkrar qayıtmırıq. Təkrar-təkrar daxil olan şikayətlər, fəryadlar  bizi məcbur edir ki, yenidən sizlərin əməlləriniz barədə bəhs edək. 
Və unutmayın ki, nə qədər ölkədə Qarabağ şəhidləri, qaziləri varsa, onların ailələrinə qarşı biganəlik varsa, biz sizlərin yaxanızdan  əl çəkən deyilik. Bunu birmənalı olaraq bilin. 
Axı,  3 gün öncə Niyazi Bayramovun şəhid ailələrini qəbul etmədiyi, onlara qarşı biganə münasibəti barədə yazmışdıq. 
İndi yenə başqa bir şəhid ailəsi redaksiyamıza şikayət ünvanlayıb. Nə edək, cənab Niyazi Bayramov ?
Bəlkə, biz də sənin kimi onların şikayətlərinə saymaz yanaşaq..?
Bəli,  8 aydan sonra  tapılan  Qarabağ şəhidi Elvin Mustafayevin atası Fəxrəddin kişi  günlərdir ki, Gəncə şəhərinin icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir. 
Şəhid atası Niyazi Bayramovdan heç nə istəmir. Sadəcə, oğlunun və digər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün Bulağın inşa edilməsinə dəstək istəyir. Amma...
Əmması odur ki, Fəxrəddin kişi və digər şəhid ataları, əmiləri  icra hakimiyyətinin binası önündə günlərlə gözləsələr də icra başçısı onları qəbul etmir. Və bu boyda dərdə və biganəliyə ürəyi dözməyən Fəxrəddin kişinin ürəyi dayanmaq həddinə çatıb. Təsəvvür edirsiniz, icra hakimiyyətində bir nəfər də olsun şəhid atasına yardım etməyib, hətta təcili yardım da çağırılmayıb. 
Məsələ orasındadır ki, şəhid ailələri  şəhidlərin xatirəsini əbədiləşdirmək üçün tikilən Bulağı  özləri inşa ediblər, sadəcə layihəyə görə, Niyazi Bayramovun qəbuluna gediblər. Niyazi Bayramov  2 kəlmə söz demək üçün də şəhid ailələrini qəbul etməyib. 
Redaksiyamıza təqdim olunan videodan da görünür ki, şəhidin evinə gedən yol, küçə  zülmət qaranlıq içərisindədir. Təkcə bulağın ətrafını şəhid ailələri özləri işıqlandırıb. Şəhidin qardaşı deyir ki, bizə dəstəyinə görə, “Azərsu”nun Gəncə idarəsinin müdiri Şöhrəddin Verdiyevə minnətdarlığımızı bildiririk. 
Elə bilirsiniz, bu şikayətlə hər şey bitəcək ? 
Üç gün öncə  Gəncədən olan başqa bir şəhid ailəsinin şikayətini dərc etmişdik. 
Xatırlatma üçün bildirək ki, ötən il Kəlbəcərdə şəhid olan 21 yaşlı  Sahib Hüseynovun anası 6 aydır Gəncə ŞİH-nin başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir.  Kirayədə qalan və kirayə haqqını verə bilməyən şəhid anasının məqsədi icra başçısından iş istəmək olub. Və 6 ay qəbula düşə bilməyən şəhid anası  ŞİH-nin binası qarşısında  çoxlu sayda  dərman içərək intihar etmək istəyib və nəticədə ağır vəziyyətdə  xəstəxanaya yerləşdirilib.
Belə şikayətlər bir deyil, iki deyil...
Görəsən,  Gəncənin abadlaşdırılması  üçün dövlətin ayırdığı milyonları mənimsəyən Niyazi Bayramov şəhidin evi olan küçəyə  1-2 işıq dirəyi basdırmağa pul tapmayıb ? 
Ay Niyazi Bayramov, şəhidin anası kirayə pulu verə bilmir, o biri şəhidin atası sənin qəbuluna düşə bilmir, amma sən qızın üçün Londonda  30 milyona mülk alırsan. 
Yeri gəlmişkən, Niyazi Bayramov   sabiq idman naziri, mərhum Azad Rəhimovun qudasıdır. 
Və neçə illərdir ki, Mingəçevirdə icra başçısı olanda, son illər   Gəncədə  Niyazi bayramovun özbaşınalıq etməsinin səbəbi  Azad Rəhimovla qohum olmağı olub. 
Eyy Niyazi Bayramov, artıq Azad Rəhimovun əli kürəyində deyil, bu gün-sabah  sənin də fərmanın veriləcək. 
Heç olmasa düşün ki, sabah Gəncənin küçəsi ilə gedəndə sənə bir salam verən olsun. 
Deyirlər ki, etdiyin əməllərə görə, sən bir salama da layiq deyilsən. 
Amma unutma ki, şəhid və qazi ailələrinə belə münasibtin davam etdikcə, sənin yaxan olacaq, bizim əlimiz...




Paylaş:


Müəllif : Tarix:
20-12-2021, 08:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər