reklam
Regionxeberlericom.az » Gündəm » Sahil Babayevin “uşaq pulu” narahatlığı - İNCƏLƏMƏ...

reklam

Sahil Babayevin “uşaq pulu” narahatlığı - İNCƏLƏMƏ...














                                               Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “uşaq pulu” ilə bağlı bəzi fikirlər səsləndirib.

Nazir bildirib ki, hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var: “Ayda 100 manat “uşaq pulu” təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində “uşaq pulu” təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. “Uşaq pulu” təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq. 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir. Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir”.

Göründüyü kimi artıq uzun müddətdir ki, davam edən “uşaq pulu”nun verilib-verilməməsi ilə bağlı fikirlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev öz açıqlaması ilə nöqtə qoymağa çalışıb. Onun sözlərindən belə aydın olur ki, nə “uşaq pulu”nun verilməsinə ehtiyac var, hətta verilsə belə onu korrupsiyadan xilas etmək mümkün olmayacaq. Demək, bu gün qiymətlərin artımı şəraitində ərzaq ala abilməyən ailələrin uşaqları yenə də həmin vəsaitdən yararlana bilməyəcəklər. Eləcə də dövlət qurumları bu istiqamətdə korrupsiyadan uzaq olacaqlarına əmin deyillər, buna söz verə bilmirlər. Bu da bir faktdır ki, korrupsiyanı əhali yaratmır, onu vəzifədə olan məmurlar yaradır.

Ekspertlər belə hesab edirlər ki, şəffaflıqla bu işə yanaşsalar, 2022-2030-cu illər arası 0-15 yaş qrupuna aid olan bütün uşaqlara ayda 150 manat ödəniş etmək mümkündür.

Doğrudanmı bu gün uşaqlarını ödənişə gücü çatmadığı üçün bağçaya, məktəbli geyimi, dərs ləvazimatı ala bilmədiyindən məktəbə göndərə bilməyən ailələrə “uşaq pulu” verilməməlidir?

Yaxud qurumlar icra etdikləri layihələrdə korrupsiya hallarının yaranmaması üçün cavabdehlik daşıya bilmir?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bununla bağlı bildirib ki, əgər dövlətin gücü çatırsa, hər uşağa “uşaq pulu” verilməsi yaxşı olardı:

“Ancaq100 manatdan götürsək, buna xeyli vəsait tələb olunur. Sual olunur ki, dövlətimizin buna maliyyəsi varmı? Hamı bilir ki, dövlətin müxtəlif sahələr, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı xərcləri çoxdur. Digər tərəfdən, bu yaxınlarda maaşlar, müavinətlər artırıldı, bu da dövlət büdcəsi üçün əlavə puldur. Bundan başqa, belə bir məqam da ortaya çıxa bilər ki, hər uşağın da “uşaq pulu”na ehtiyacı yoxdur. Əgər valideynlərin işi, pulu varsa, dövlət ona “uşaq pulu” verməlidirmi? Bu halda da belə bir sual ortaya çıxır, hansı meyarlarla müəyyən edəcəyik ki, kimin “uşaq pulu”na ehtiyacı var, kimin yoxdur? Biz hələ pensiyalar, təqaüdlərlə bağlı görürük ki, aşıq-aşkar qanunlarda yazılanlar belə illər boyu pozulub. Xeyli insana qeyri-qanunu pensiyalar təyin edilib. “Uşaq pulu” da buna çevriləcək. Bəzi məmurlar bundan sui-istifadə edəcəklər. Bəzi valideynlər də uyğun oldu-olmadı, pul verib “uşaq pulu” təyin etdirəcək ki, bütün bunlar da əlavə korrupsiya yeri olacaq. Mənim şübhəm yoxdur ki, belə olacaq. Əlbəttə, əgər dövlətin maliyyəsi çatsaydı, bütün uşaqlara “uşaq pulu” verilsə yaxşı olardı”.

Ekspertin sözlərinə görə, qanunlar özü elə olmalıdır ki, dövlət məmuruna seçim imkanı olmasın: “Yəni məsələn, “uşaq pulu” ilə bağlı valideynlərin maddi vəziyyətindən söhbət gedərkən məmur onu istədiyi kimi yaza bilər. Təəssüf ki, ona heç kim nəzarət edə bilmir. Ona görə də qanunlar elə olmalıdır ki, dövlət məmurunun korrupsiya imkanı olmasın. Çünki imkan olsa, ehtimal böyükdür ki, o bundan istifadə etsin. Etiraf edək ki, bizdə son maaş artımından sonra belə məmurların maaşı azdır. Onlar istənilən halda korrupsiyaya meyillidirlər. Azərbaycan xalqının mütləq əksəriyyəti övladlarına arzu edirlər ki, dövlətdə yaxşı vəzifə tutsun. Hamı bilir ki, dövlət işində verilən maaşlar özəl sektordan azdır. Deməli, bizdə valideynlərin çoxu istəyir ki, övladları korrupsiya ilə məşğul olsun. Belə şəraitdə “uşaq pulu” ilə bağlı qanun qəbul edilsə, orada məmurun seçim imkanı çox geniş ola bilər və təəssüf ki, buna nəzarət etmək mümkün olmayacaq”.




Paylaş:


Müəllif : Tarix:
21-12-2021, 08:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər