İsmət Abbasov oğlu haqda danışdı, amma əsas suallar yenə açıq qaldı - GƏLİŞMƏ
Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması və övladının radikal dini təriqətin üzvü olması barədə məlumatlara münasibət bildirib. İsmət Abbasov özü və oğlu barəsindəki məlumatları unikal.org-a şərh edib: “Mən Bakıdan xaricə gəlmişəm. Özüm və övladım barəsində yayılan məlumatları əlbəttə ki, oxuyuram. Bu məqalələri gülüşlə qarşılayıram. Təbii ki, barəmdə yazılanlar şər və böhtan xarakteri daşıyır. Yazılanlar yalan informasiyadır...”
Sabiq nazir oğlunun radikal dini təriqətə üzv olmasına belə aydınlıq gətirib: “Sonuncu, övladım barəsində yazılanlarla tanış olmamışam. Hazırda burada səhər saat 7-dir. Yuxulu olmağıma baxmayaraq, yazanlara demək istəyirəm ki, mənim oğlum nümunəvi bir oğlandır. O nə deməkdir? Bu, nə böhtandır? Mənim heç bir narahatlığım yoxdur. Bundan sonra da barəmdə kim nə yazır, qoy yazsın! Özləri bilər! Hamıdan yazırlar, qoy məndən də yazsınlar”.
İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. 2013-cü ilin bu günlərində mətbuatda həmin dövrdə kənd təsərrüfatı naziri postunu tutan İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan Yunis Abbasovun 2 milyon dollarlıq malikanəsi müzakirə mövzusu idi. 2019-cu ilin iyununda üzə çıxan məlumatlardan isə aydın olur ki, Abbasovlar ötən 6 il ərzində “Dumanlı Albion”da 21 milyon dollarlıq mal-mülkə sahiblənə biliblər. Abbasovların mal-mülkü haqda son məlumatları araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. Abbasovla bağlı jurnalistin facebook səhifəsində paylaşdığı araşdırmasını bir daha təqdim edirik.
2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri işləmiş, kəndlinin və aqrar sahənin belini qırmış, bu azmış kimi, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini vəzifəsini icra etmiş İsmət Abbasovun izini-tozunu görən varmı? Keçmiş nazir zamanında çox zirək tərpənib. Adam ötən il vəzifədən uzaqlaşdırıldığı ərəfədə ölkədən nə az, nə çox 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb.
1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu il noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Sənədlərdə şirkətin qeydiyyat ünvanı “19 Edinburgh Drive, Staines-Upon-Thames, England” olaraq göstərilir.
Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.
Keçmiş nazirin oğlu hələ atası ölkənin mühüm postlarından birində ikən İngiltərə vətəndaşlığını alıb. İsmət Abbasov dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan subsidiyaları talayıb, Britaniya vətəndaşı olan oğlu Londona daşıyıb. 2018-ci il martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə, keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib. Yunis Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir. Y.A. PROPERTY INVESTMENTS LIMITED keçmiş nazir oğlunun yeganə şirkəti deyil. Bu şirkəti qeydiyyatdan keçirdikdən cəmi 4 ay sonra, 2010-cu il martın 2-də Yunis Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açmışdı. Şirkət Londonda “Aston House Cornwall Avenue”də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb. KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini - AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.
Bütün bunlarla yanaşı, Yunis Abbasovun Londonda radikal dini təriqət üzvlərinə qoşulması xəbərləri, iddiaları da səngimir. İsmət Abbasovun sonuncu açıqlamasında 21 milyon dollarlıq mal-mülkün mənbəyi, oğlunun vəhabiliyə baş vurmasının səbəblərindən yan keçməsi də diqqətdən yayınmayıb. Digər tərəfdən də sabiq nazirin araşdırmaçı jurnalistin yaydığı sənədli-sübutlu mal-mülk siyahısından danışmaması daha çox suallar yarada bilər.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:26-06-2019, 10:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-06-2019, 10:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16