Fermerlər Əhmədzadədən imdad diləyir... - "3000 manat xərcləməklə transformator qoyulsa..."
Bərdənin Körpüsındıran kəndində əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranıb. Kənd sakinləri isti yayın qızmar günəş şüaları altında Susuzluqdan yanan sahələrini suvara bilmirlər. Min bir zəhmət hesabına bitirib, boya başa çatdırdıqları əkin yerləri yanıb əldən gedir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri kənd sakinlərinin üzləşdikləri çətinliklərlə maraqlanıb. Kənd sakini Xaliq İsmayılov bildirib ki, su olmadığına görə onun əkdiyi günəbaxan sahəsi məhv olur: “Su sarıdan kəndimizdə çətinlik həmişə olub. Yay mövsümündə bütün kənd təsərrüfatı məhsulları sulanır deyə, artezianlar bizim suya olan tələbatımızı ödəyə bilmir. Hal-hazırda mənim sahəm göz qabağındadır. Ötən il bu sahəni pambıq əkmişdim.15 ton pambıq verə biləcəyim halda, 7 ton pambıq verdim. Yaxınlarda Rayon İcra Hakimiyyəti başçısına suvarma ilə bağlı problemin həlli üçün köməklik göstərməsini xahiş etdim. O mənə artezian quyuları üçün bütün avadanlıqların olduğunu, transformator, elektrik kabelləri, su nasosları ilə təminatın mövcudluğunu bildirdi. İcra başçısı Subartezian Quyularının İstismarı İdarəsinin müdiri Namiq Əhmədova bizim problemlə məşğul olmağı və həll etməyi tapşırdı. Ancaq Namiq Əhmədov bizim problemimizlə məşğul olmaq əvəzinə, bizə Elektrik Şəbəkəsinə getməyi məsləhət görür. Deyir ki, bu iş mənlik deyil, elektrik şəbəkəsinə deyin, görün sizə transformator verirmi?”
Xaliq İsmayılov bildirib ki, o 90-cı illərdə öz vəsaiti hesabına artezian quyusunun qazılmasına nail olub. Bir müddət də quyudan çıxan sudan kənd sakinləri də istifadə ediblər. Fermerin istədiyi də quyunun yenidən işə salınmasıdır. Bərdə Subartezian Quyularının İstismarı İdarəsinin müdiri Namiq Əhmədov da bu arzunun gerçəkləşməsini təmin etməyib.
“Namiq Əhmədov gəldi, istismarı dayanmış arteziana baxdı. Bildirdi ki, gedib işıq idarəsinə deyək, bura transformator qoysunlar. Bildirdi ki, bu iş onluq yox, işıq idarəsinindi. Bizim sözümüzə də baxan kimdir deyə, getmədik. Sözün qısası, istədiyimiz odur ki, bu artezianı bərpa eləsinlər, biz də torpaqlarımızı suvaraq” - deyərək vurğulayıb Xaliq İsmayılov.
Xaliq İsmayılovun becərdiyi torpağın sahəsi 3 hektardır: “Ötən il əkdiyim pambığa görə 2500 manatdan artıq vəsait xərcləmişdim. Su olmadığına görə vaxtında suvarma işlərini apara bilmədim, gəlirim də çox aşağı oldu. 15 ton məhsul gözlədiyimiz halda, yarıbayarı az oldu. 8-10 min manat gəlirim ola bilərdi. Ancaq olmadı. Əldə etdiyim vəsait hesabına zavoda olan borcumu və suya görə xərclədiyimi ödəyə bildim. 3 min manatda hissə-hissə pul aldım. Bu da gözlədiyimizdən 3-4 min manat az gəlir demək idi. Bu il isə günəbaxan əkininə görə indiyə qədər 1000 manatadək pul xərcləmişəm. Ola bilər ki, xərclər 1500-2000 manata qədər artsın. Gəlirim də 10000 manat ola bilər. İndiki kimi suvarma apara bilməsəm, gəlirim olmayacaq”.
Körpüsındıran kəndində əkin sahələrinin suvarılması ilə yanaşı içməli su bulaqlarının düzgün yerlərdə yerləşdirilməməsi də sakinlər üçün çətinliklər yaradıb. Artezianın yanında bulaq qoyulduğu halda Xaliq İsmayılovun evinə yaxın ərazidə içməli su bulağı qoyulmayıb. Həmsöhbətimiz suyu maşınla başqa yerlərdən gətirməli olur.
Fermer əkin sahələrindəki problemin aradan qaldırılması üçün imkanları da izah edib: “Birincisi, yeni artezian quyusu qazıla bilər. Hansı ki, prezidentin sərəncamı ilə cəbhəyanı kəndlərdə 300-ə qədər artezianın qazılması nəzərdə tutulub. İkincisi, kəndin başqa yerlərindəki artezianlardan bizim əkin sahələrinə borularla su çəkilişi həyata keçirilə bilər. Üçüncüsü, ən sərfəlisi əkin sahələrinin üstündəki artezian quyusuna transformator verməklə yenidən istismarına nail olmaq olardı. Sonuncu variantı seçmək isə ən asan yoldur. 3000 manat xərcləməklə transformator qoyulsa, quyu işə düşər, su verər. Əkin sahələrimizi suvararıq. Transformatoru qoysalar, məhsul satmaqla günəbaxanın pulundan qoyulan xərci özümdə ödəyə bilərəm,” – deyə Xaliq İsmayılov bildirib.
Bərdə Elektrik Şəbəkəsinin baş mühəndisi Sahib Abbasov bildirib ki, Körpüsındıran kəndindəki artezian quyusuna transformatorun qoyulması üçün Bərdə Subartezian İdarəsindən məktub daxil olmalı, onların yuxarı təşkilatına göndərilməli, razılıq veriləndən sonra işin icrasına başlanılmalıdır.
Bərdə RİH başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər İsmayılov istismarı dayanmış artezian quyusuna görə Xaliq İsmayılovu günahlandırıb, vaxtında qədrini bilməyib. İndi isə yenidən bərpa çətinləşib.
Qeyd edək ki, bu problem təkcə Körpüsındıran kəndinə deyil, demək olar ki, bütün rayonlara xas problemdir. Bəzi yerlərdə artezian quyularının qazılması, suvarma ilə bağlı müəyyən işlər görülsə də, bu, kifayət etmir. Əziyyət çəkən isə min əziyyətlə torpaq becərən kəndlilər və onların yetişdirdiyi məhsulu 3 qat baha qiymətə alan şəhərlilər olur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-06-2019, 10:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-06-2019, 10:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29