Nazirlik susmaqla kimi qoruyur? - MÜƏMMA
Xatırlayırsınızsa, ötən yayımlarımızdan birində agentliyimiz vasitəsilə Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə bir neçə sual ünvanlamışdıq.
Bu Nazirlik cəngəllik qanunları ilə idarə olunur?
Suallarımız da k qanunsuz olduğu iddia olunan balıq gölləri, həmçinin çayın məcrasında tikilmiş dəbdəbəli yaşayış villası haqqında aparılan araşdırmaların nəticələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə regional idarəsinin əməkdaşlarının birtərəfli mövqe tutmaları və obyektiv araşdırma aparmadıqları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin, eləcə də digər səlahiyyətli şəxslərinin sorğumuza düzgün, vaxtında cavab vermədikləri barəsində idi.
Elə suallarımızı media vasitəsilə birbaşa nazir Muxtar Babayevin özünə ünvanlamağımızın səbəbi də məhz sözügedən nazirliyin mətbuat xidmətinin səhlənkarlığına səbrlə seyirçi qala bilmədiyimiz olmuşdur.
Artıq, 20 gündən çox müddət keçməsinə baxmayaraq, yenə də Ekologiya nazirliyi səbrlə susmağa üstünlük verir.
Bu da belə düşünməyə əsas verir ki, ya nazirliyin verəcək cavabı yoxdur, ya da da ümumiyyətlə hörmətli Muxtar Babayev qanunlara və tutduğu vəzifənin tələblərinə deyil, həqiqətən də şəxsi maraqlarına xidmət edir ki, çayın bir neçə metrliyində tikilmiş villanı görməzdən gəlir. Şəhərin içində yaşıllıq ağaclarının kəsildiyi və yerində tikilən iaşə obyektləri kimi.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Paylaş:
Müəllif : Fuad
Tarix:23-12-2021, 08:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər