Abel Məhərrəmov onu villasında pulsuz işlədib - İsmixan Mirzəyev rektorun müşavirini niyə bıçaqladığını danışdı
Bakı Dövlət Universitetinin (BDU) təsərrüfat şöbəsinin işçisi olmuş İsmixan Mirzəyev rektorun müşavirini niyə bıçaqladığını açıqlayıb. Deyir ki, maaşı azaldılıb 600 manatdan 400 manata endirilmişdi. Bununla əlaqədar bir neçə dəfə rəhbərliklə görüşməyə cəhd edib, narazılığını çatdırıb. Nəticə də bu olub ki, ümumiyyətlə, onu işdən çıxarıblar.
Hazırda həbsdə olan Mirzəyev bunları dekabrın 23-də öz məhkəməsində danışıb. 11 il BDU-da işlədiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, maddi durumu yaxşı deyildi, borcları, evdə xəstəsi vardı. Maaşı 400 manata salınanda bir neçə dəfə görüşmək istəsə də, cəhdləri nəticə verməyib. Amma ona deyilib ki, bir müddət sonra universitetdə struktur dəyişikliyi olacaq, onda maaşı da artacaq.
“Struktur dəyişikliyi olsa da, maaşım dəyişmədi. Rektorun müşaviri Mirzə müəllimə yönəltdilər, onunla görüşdüm. Söz verdi ki, bir neçə günə mənə xəbər edəcəklər. Hadisə günü mənimlə işləyən Qaçay gəlib xəbər verdi ki, maaşın artması bir yana, səni işdən çıxarıblar. Dəliyə döndüm. Rektorun qəbuluna getsəm də, yenə qəbul etmədi…”, – təqsirləndirilən Mirzəyev danışır.
O, rektorun müşaviri Mirzə Mirzəyevin qəbuluna gedib, ona ailədəki maddi durumun ağırlığından, ürək əməliyyatı keçirməsindən və s. danışıb. Müşavir ona söz verib ki, məsələ araşdırılacaq. Sexə qayıdanda isə görüb ki, artıq ona aid əşyalar yığışdırılıb: “Hətta özümə aid avadanlıqları da vermədilər. Bıçaq itiləyən yerdən bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Fikirləşdim ki, bir daha Mirzə müəllimlə görüşüm. Ona dedim ki, “iki ildir mənə maaşın qalxacağına söz verirsiz, nəticə də bu”. Bir anlıq həyəcanlandım, sənədlərin arasından bıçağı götürüb onu vurdum”.
Bu vaxt otağa universitetin komendantı Şahlar Bəgalıyev gəlib. Müdaxilə etmək istəyəndə Mirzəyev onu da vurub və otaqdan çıxıb. Həmin gün universitetdə imtahan günü olub. İmtahan günlərində isə ali təhsil müəssisəsində Təcili Tibbi Yardım olur. Mirzəyev həkimlərə yuxarıda yaralılar olduğunu xəbər verib və çıxıb gedib.
“Əməlimdən peşmanam. Amma mən maaşımın azaldılmasına iki il dözdüm. İmkanım yox idi, borclarım vardı…”, – təqsirləndirilən şəxs ifadəsini belə tamamlayıb.
Rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant da məhkəmədə dindirilib. Onların heç biri təqsirləndirilən şəxsdən şikayətçi olmayıb.
Müşavir təsdiqləyib ki, Mirzəyev bir neçə dəfə ona yaxınlaşıb, problem haqda məlumat verib. Hətta ona BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla aralarındakı problemdən, onu məhkəməyə verəcəyindən də danışıb. Maaşın azaldılmasıyla bağlı məsələdən xəbərdar olan müşavirin sözlərinə görə, əməkhaqqının artırılması onun səlahiyyətləri çərçivəsində deyildi.
“Hadisə günü göz həkimindən gəlmişdim. O, otağa daxil olanda ayaq üstündəydim. Əlində sənədlər vardı. İşdən çıxarılması haqda dedi, bildirdim ki, xəbərim yoxdur. Yaxınlaşdı və gözləmədiyim halda məni vurdu. Bu zaman Şahlar otağa daxil oldu, onu da vurdu. Mənə indiyədək təəccüblüdür ki, məni niyə bıçaqladı…”, – zərərçəkmiş qismində dindirilən müşavir məhkəmədə belə deyib.
2021-ci ilin iyulunda baş vermiş bu hadisə ərəfəsində Mirzəyev BDU-nun keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmovla məhkəmə çəkişməsində idi. Mirzəyev iddia edir ki, keçmiş rektorun Bakıda tikdirdiyi villada, Nabranda bağ evində, ona məxsus böyük obyektlərdə, o cümlədən “Mona Liza” şadlıq sarayında tikinti, mebellərin quraşdırılması kimi işləri görüblər. Lakin Məhərrəmov onun rəhbərlik etdiyi briqadanın nə zəhmət haqqını, nə də avadanlıqların pulunu ödəyib. Ümumilikdə 811 min manatdan söhbət gedir. Onun sözlərinə görə, briqadaya daxil olan ustalar, avadanlıqları satan adamlar da ondan pullarını tələb edirlər.
Yasamal Rayon Məhkəməsi sabiq deputata qarşı iddianı təmin etməyib. Hərçənd, Mirzəyev deyir ki, qərar elan olunan gün hakim iddianın təmin edildiyini açıqlamışdı. Sonradan qərar dəyişdirilib. Məhkəmə isə bu iddianı təkzib edib.(“Azadlıq” radiosu)
Paylaş:
Müəllif : Fuad
Tarix:25-12-2021, 08:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər