reklam
Regionxeberlericom.az » Gündəm » Məmur özbaşınalığına məruz qalan Göyçay sakini prezidentə müraciət etdi-ŞİKAYƏT

reklam

Məmur özbaşınalığına məruz qalan Göyçay sakini prezidentə müraciət etdi-ŞİKAYƏT

















RegionXəbərləri.com-un elektron poçtuna Göyçay rayon Nizami küçəsi ev 39 sakini Əhmədov Rüfət Gülməmməd oğlu tərəfindən şikayət məktubu daxil olub.

Müracətdə deyilir:

"Cənab Prezident yazaraq Sizə bildirmək istəyirəm ki, 1992-ci ildə Göyçay rayon Nizami küçəsilə Vaqif küçəsinin kəsişməsində sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə mənə məxsus həyətyanı torpaq sahəsinin qarşısında ümumi sahəsi 36 kv metr ərazidə qeyri yaşayış obyekti inşa etdirmişdim. Obyektin bütün lazım olan sənədləri qaydasında idi.

Lakin 2007-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayev guya "abadlıq işləri" aparırmış kimi yol kənarında olan qeyri-yaşayış obyektlərini sökdürmək qərarına gəldi. İlk olaraq mənim obyektim söküldü və qarşılığında mənə həmin yerin bir neçə metr arxa tərəfində eyni ölçüdə, yəni 36 kv metr boş yer verildi.

Bir müddət sonra isə Mübariz Ağayev icra başçısı vəzifəsindən azad edildi və artıq yol kənarında olan digər qeyri-yaşayış obyektlərinin söküntüsü dayandırıldı. 

Lakin sabiq icra başçısı Mübariz Ağayevin mənə verdiyi 36 kv metr torpaq sahəsinin sənədlərini tamamlamaqdan hələ də boyun qaçırırlar. Bu bəs etmirmiş kimi indi də keçmişdə mənim istifadəmdə olmuş, Mübariz Ağayevin sökdürdüyü qeyri-yaşayış obyektinin boş torpaq sahəsini stomatoloq Hamlet Adığözəlovun adına sənədləşdirmək istəyirlər.

Hamlet Adıgözəlov isə əsassız iddialarla mənə bildirir ki, guya həmin ərazini 2006-cı il tarixdə artıq almışdır. Halbuki həmin tarixdə o torpaq sahəsində mənə məxsus sahibkarlıq obyekti fəaliyyət göstərirdi. Obyekt söküldükdən sonra mən, həmin ərazidə ağaclar əkdim. Yəni hazırda o yer yolun yaşıllıq hissəsi və uşaqların oynayıb əyləndiyi çəmənlikdən ibarətdir. Eyni zamanda ətrafda yaşayan insanların xeyir və şərr məclislərinin təşkili üçün ayrılmış boş yerdir. 

“Yaşıllıqların bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən "Yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində yaşıllıqların zədələnməsi, məhv edilməsi, kəsilməsi (götürülməsi) zamanı təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən bərpa dəyəri deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənil-məsi Qaydası”na uyğun olaraq yaşıllıqlara vurulmuş ziyan ödənilir". 

 Cənab Prezident nəzərinizə çatdırmaq istəyirəm ki, mən plastik qapı pəncərə ustasıyam. Öz qanunu obyektim əlimdən alındığı üçün icarəyə götürdüyüm obyektdə fəaliyyət göstərirəm. Maddi dolanışığım acınacaqlı vəziyyətdədir. 

Sizdən çox xahiş edirəm, obyektin inşası üçün lazım olan sənədlərin tam hazırlanmasına köməklik göstərəsiniz, evimin qarşısında olan yolun yaşıllıq hissəsinin Hamlet Adıgözəlova satılmasının qarşısını alasınız və bu qanunsuzluğa yol vermiş Göyçay rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin müdiri İntiqam Süleymanovu cəzalandırasınız.".

RegionXəbərləri.com olaraq yazıda adları qeyd edilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq... 

RegionXəbərləri.com 





Paylaş:


Müəllif : Tarix:
26-12-2021, 11:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər