Həkimlərin pulu kəsilir, direktor isə... - NARAZILIQ!
Kliniki Tibbi Mərkəzin (Semaşko) koronaviruslu xəstələrlə işləyən tibb işçiləri oktyabr da daxil olmaqla son ayların koronavirusa görə ödənilən əlavələrini ala bilmədiklərini bildiriblər.
DİA.AZ-ın məlumatına görə, adının çəkilməsini istəməyən həkimlərdən ikisi deyib ki, əlavə və bonuslar vaxtlı-vaxtında ödənilmir. Şikayət etdikdə isə həkimlərin özləri günahkar çıxarılır.
"Halbuki mərkəzin rəhbəri çox çalışan tibb işçilərinə külli miqdarda maaş ödənilməsinə dair açıqlama verir”, – həkim söyləyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən oktyabr ayı üçün əlavələrin ödənilməsinə başlanıldığını deyiblər.
Agentlikdən bildiriblər ki, Prezidentin sərəncamının və Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu ilin yanvar-sentyabr ayları ərzində koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən Kliniki Tibbi Mərkəzin tibb işçilərinə 5 milyon 880 min manata yaxın müddətli əlavə ödənilib.
Mərkəz tərəfindən göndərilən siyahıya uyğun olaraq agentlik oktyabr ayı üzrə müddətli əlavənin ödənilməsini davam etdirir.
Agentlikdən qeyd ediblər ki, tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq müddətli əlavələrin ödənilməsi 3 gün ərzində həyata keçirilir.
Nazirlər Kabinetinin 26 noyabr 2021-ci il tarixli, 369 nömrəli qərarına əsasən koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarının müddətli əlavələrinin ödənilməsi 2022-ci ilin yanvarın 1-dək uzadılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-12-2021, 11:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər