reklam
Regionxeberlericom.az » Gündəm » Goranboyda Vətən müharibəsi qazisi daxmada yaşayır? - AÇIQLAMA + VİDEO

reklam

Goranboyda Vətən müharibəsi qazisi daxmada yaşayır? - AÇIQLAMA + VİDEO
















Sosial şəbəkələrdə Vətən müharibəsi qazisinin çətin şəraitdə yaşadığına dair videogörüntülər paylaşılıb. 

Görüntülərdəki şəxsin Goranboyda yaşayan Vətən müharibəsi qazisi olduğu qeyd edilir. İddialara görə, aidiyyəti qurumlar onun vəziyyəti ilə maraqlanmayıblar və ona hər hansı yardım göstərilməyib

Paylaşımlarda şəxsin adı və digər məlumatları dəqiq göstərilməyib. İddialar əsasında Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elnur Xəlilov Oxu.Az-a açıqlamasında vətəndaşın Goranboy sakini olduğunu təsdiq etsə də, onun Vətən müharibəsi qazisi olmadığını bildirdi:

“Görüntülərdəki şəxs Goranboy sakini Vüsal Məhiyəddin oğlu Quliyevdir. O, Vətən müharibəsində iştirak etsə də, rəsmi olaraq ona qazi statusu verilməyib. Onların Goranboyda kifayət qədər torpaq sahələri olub. Bundan əvvəl ona və qardaşına aid olan torpaq sahəsi olub. Onlar torpağın özlərinə aid olan hissəsini satıblar. Bu gün yaşayış şəraitlərinin bu vəziyyətdə olmasının səbəbi şəxsi seçimləridir. Belə ki, hazırda yaşadıqları ərazi onun dayısına məxsusdur. İcra Hakimiyyətindən onun dayısı ilə əlaqə saxlanılıb və ərazidə yaşamalarına icazə ilə bağlı xahiş olunub. Dayısı da torpaqla bağlı heç bir iddiasının olmadığını bildirib və onlara bu ərazidə yaşamaq üçün ev tikmələrinə icazə verib.

Bununla yanaşı Goranboy İcra Hakimiyyəti tərəfindən ailəyə ərzaq yardımı olunub. Eyni zamanda yaşadıqları yerdə yataq dəsti olmadığı üçün altı ədəd döşək, stol-stul, soyuducu və s. kimi yardımlar edilib. Hətta tərəfimizdən onlara müvəqqəti sığınacaq kimi qalacaq yer də təklif olunub. Lakin ailə razı olmayıb. Aidiyyəti qurumlardan da onlara yardım təklif edilib, lakin bu vətəndaşların şəxsiyyət vəsiqələri və digər sənədləri də yoxdur. Təəssüf ki, onlar sənədlərinin qaydaya salınması ilə bağlı təşəbbüs belə göstərmirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti, Goranboy Rayon Məşğulluq Mərkəzi tərəfindən ailə qeydiyyata alınıb. Onlara növbəti ildən fərdi məşğuliyyətlə bağlı avtoyuma avadanlıqları veriləcək. Hətta oğlanın anasına xırda təsərrüfat işləri təklif edilmişdi, lakin xanım bundan imtina etmişdir”.





Paylaş:


Müəllif : Tarix:
29-12-2021, 15:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər