reklam
Regionxeberlericom.az » Gündəm » Klinton Cövhər Dudayevi Rusiyaya niyə SATDI?: ŞOK FAKTLAR

reklam

Klinton Cövhər Dudayevi Rusiyaya niyə SATDI?: ŞOK FAKTLAR
















Bu yazımızı Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin müəmmalı ölümünə həsr etmişik. Dudayevin ölümü ilə bağlı bu günə qədər gizli qalan faktlarla sizi tanış edəcəyik.

1944-cü ildə anadan olan Cövhər Dudayev ilk çeçen aviasiya generalı idi. 1990-cı ildə artıq SSRİ-nin süqutu labüdləşmişdi. Qorbaçov hakimiyyətinin müstəqilliyə gedən müttəfiq respublikaları əldə saxlamaq üçün təklif etdiyi yeni konstitusiya layihəsi qəbul olunmadı. Belə bir şəraitdə 1990-cı ildə Çeçenistana qayıdan Dudayev Çeçenistanın da Rusiyanın tərkibindən çıxaraq öz müstəqilliyini elan edəcəyini bildirdi.

1994-cü il dekabrın 12-də konstitutsioan hakimiyyətin bərpası adı ilə Çeçenistana rus qoşunları yeridildi. Qroznı şəhərindən heç yerə ayrılmayan Dudayev 1994-cü ilin 31 dekabrında rus qoşunlarının şəhərə uğursuz hücumunnu qarşısının alınmasında önəmli rol oynadı. Lakin döyüşlər bundan sonra iki ay davam etdi. 1995-ci ilin fevralında şəhər ruslara təslim oldu. Dudayev hakimiyyətinin simvolu olan və uğrunda amansız döyüşlərin getdiyi Prezident iqamətgahı ruslar tərəfindən partladıldı. Lakin Dudayevi ələ keçirmək mümkün olmadı.

Əhali arasında böyük nüfuza malik olan Dudayev cənuba-dağlara çəkildi. Müharibənin ilk günündən rus qoşunlarının hədəfində olan Dudayevə qarşı ilk üç sui-qəsd cəhdi uğursuzluqla nəticələndi. Birinci sui-qəsd zamanı snayperin səhvi nəticəsində Dudayev sağ qaldı. Bundan sonrakı cəddə isə yola qoyulmuş mina Dudayevin maşının keçidi zamanı partladı, lakin çeçen lideri yüngül xəsarət aldı.

Üçüncü cəhd zamanı isə Dudayev öz mühafizə xidməti ilə birlikdə gizləndiyi evin partladılmasından 5 dəqiqə qabaq oranı tərk etdi. Lakin 1996-cı ilin yazında baş verən bir neçə qanlı terror aksiyaları rus xüsusi xidmət orqanlarını daha dəqiq əməliyyat hazırlamağa sövq etdi. Xüsusən 1996-cı ilin aprelin ortalarında Çeçenistanın Saçi rayonun Yarış-Mardı kəndi yaxınlığında rus qoşunlarının hərbi karvanına hücum Dudayevə qarşı xüsusi əməliyyatın başlanmasını sürətləndirdi. Həmin hücum nəticəsində çeçenlər 90 rus əsgərini öldürdü, 50 nəfəri yaraladı. Onlarla hərbi texnika yararsız hala salındı. Bundan sonra əhali arasında nüfuzdan düşməyə başlayan prezident Boris Yeltçin növbəti prezident seçkiləri öncəsi Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinə Dudayevi nəyin bahasına olursa-olsun məhv edilməsi göstərişini verir. Xüsusi xidmət orqanları 1 milyon dollar qarşılığında yerli informatorlardan Dudayevin telefonla danışdığı ərazini müəyyənləşdirirlər. Xüsusi əməliyyatı yerinə yetirmək üçün 2 SU-25 qırıcı təyyarəsi ayrılır. Qırıcı təyyarələr xüsusi hədəfi özü müəyyənləşdirən lazer başlıqlarla təchiz edilir. Telefonun siqnalı qeydə alınan kimi həmin təyyarələr havaya qalxaraq hədəfi məhv etməli idilər. Bütün sutka boyu ərazini nəzarətə götürən ruslar Dudayevin telefonla zəng etməsini gözləməyə başlayırlar.

Nəhayət, 1996-cı ilin aprelin 21-də Qroznı şəhərindən 30 km cənubda yerləşən Qexi-Çu kəndi yaxınlığında Dudayevin telefonla danışacağı barədə Rusiya kəşfiyyat xidmətinə çeçen casusları tərəfindən məlumat ötürülür. Dərhal havaya qalxan təyyarələr hədəfi məhv edirlər.

Adətən, telefonla 5 dəqiqədən artıq danışmayan Dudayev həmin gün telefonla 10 dəqiqəyə yaxın danışdı. Ətrafında həyat yoldaşı və mühafizəçiləri olan Dudayev son telefon danışığını Rusiya Dövlət Dumasının deputatı Konstantin Borovoyla etdi. Dudayevə doqru atılan iki raketdən biri düz onun başına dəymiş və o, yerindəcə keçindi. İki mühafizəçisi də onunla birlikdə həlak oldu. Ətrafdakı insanların köməyi ilə o, dəfn olundu. Lakin onun dəfn olunduğu yer naməlum olaraq qalır.

Maraqlı bir yazını isə 2001-ci ildə Türkiyənin “Hürriyət” qəzetinin ABŞ-dakı müxbiri Kazım Cindəmir yazır. Türkiyəli jurnalist bu yazısında etiraf edirdi ki, Cövhər Dudayev ABŞ və Rusiya xüsusi xidmət orqanlarının birgə işi nəticəsində öldürülüb. Jurnalist yazırdı:” ABŞ kəşfiyyatının keçmiş əməkdaşı, polkovnik Vayne Madson bildirir ki, Cövhər Dudayev  ordu üçün nəzərdə tutulan hava telefonları istifadə edirdi. Mərkəzi Kəşfiyyat İdarəsi Cövhər Dudayevin yerini dəqiqləşdirərək bu o zamnkı ABŞ prezidenti Bill Klintona vermişdi. Sözsüz Klinton Rusiyaya səfər edirdi və o Rusiyada Boris Yeltsinin prezident seçilməsini istəyirdi. Bu dəqiqdir ki , Cövhər Dudayevin yerini Boris Yeltsinə Bill Klinton verib. ”

Cövhər Dudayevin ölümü Boris Yeltsinin reytinqini bir qədər qaldırsa da, ümumilikdə bu müharibənin gedişini dəyişə bilmədi. 1996-cı il 6 avqustda başlayan və “Cihad” adı verilən xüsusi əməliyyat nəticəsində Çeçenistan qoşunları paytaxt Qroznı daxil olmaqla əksər əraziləri rus qoşunlarından azad etdilər. Hərbi məğlubiyyətlərin nəticəsi idi ki, 1996-cı il avqustun 31-də Xasavyurt müqaviləsi imzalandı. Rusiya tərəfdən müqaviləni Təhlükəsizlik Şurasının katibi Aleksandr Lebed, Çeçenistan tərəfindən isə silahlı çeçen dəstələrinin qərargah rəisi Aslan Məshədov imzaladı.

Müqaviləyə əsasən, Rusiya tərəfi qısa müddət ərzində öz qoşunlarını bütün Çeçenistan ərazisindən çıxarmağı öz üzərinə götürdü. Çeçenistan qısa müddət olsa da, de-fakto müstəqil ölkəyə çevrildi.

Çövhər Dudayev isə Çeçenistanın müstəqilliyinin tərəfdarları üçün azadlıq simvoluna çevrilib. Onun adına Polşda, Ukraynda və Pribaltikada küçə və meydanlar mövcuddur. Bir neçə gün öncə isə Türkiyədə onun adına park açılıb. Sözsüz ki, bu parkın açılması Rusiyanın qəzəblənməsinə səbəb olub.

Qoşqar Salmanlı




Paylaş:


Müəllif : Tarix:
1-01-2022, 12:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər