Saleh Məmmədovun oğlunun 2.5 milyonluq saatı oğurlanıb – Dünya şokda
Hadisə haqqında ingilis mətbuatı məlumat yayıb. Xəbərə görə, İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb. Məlumatda bildirilir ki, adadakı sahillərdən birində yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur onu döyərək, qolundakı təxminən 2.5 milyon manatlıq olan “Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb. Azərbaycanlı hadisə ilə bağlı polisə müraciət edib.
Bütün dünya mediası hazırda bu 22 yaşlın 1 milyon funt-sterlinq dəyərində saat taxmasından yazır. Jurnalist Cavanşir Həsənli yazır ki, dünyanın məşhur milyonerləri, böyük şirkət sahibləri də belə qələti eləmirlər.
Bəs, 22 yaşlı azərbaycanlı kimdir?: “Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatları ancaq bizim məmurların övladları kimi kütbeyinlərə 1 milyon funta satırlar. Hələ də maraq edirsiniz kimdir?
Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar... Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar.
22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. O, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Həmin şəxs Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlidir.
2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir.
İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb... Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-06-2019, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Hadisə haqqında ingilis mətbuatı məlumat yayıb. Xəbərə görə, İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb. Məlumatda bildirilir ki, adadakı sahillərdən birində yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur onu döyərək, qolundakı təxminən 2.5 milyon manatlıq olan “Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb. Azərbaycanlı hadisə ilə bağlı polisə müraciət edib.
Bütün dünya mediası hazırda bu 22 yaşlın 1 milyon funt-sterlinq dəyərində saat taxmasından yazır. Jurnalist Cavanşir Həsənli yazır ki, dünyanın məşhur milyonerləri, böyük şirkət sahibləri də belə qələti eləmirlər.
Bəs, 22 yaşlı azərbaycanlı kimdir?: “Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatları ancaq bizim məmurların övladları kimi kütbeyinlərə 1 milyon funta satırlar. Hələ də maraq edirsiniz kimdir?
Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar... Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar.
22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. O, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Həmin şəxs Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlidir.2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir.
İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb... Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var”.
Paylaş:
Müəllif :
Yazar
Tarix:27-06-2019, 10:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:40
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46