reklam
Regionxeberlericom.az » Gündəm » Sülhməramlılar Qarabağda səngər qazırlar - Rusiya müharibə hazırlığı görür?

reklam

Sülhməramlılar Qarabağda səngər qazırlar - Rusiya müharibə hazırlığı görür?












"44 günlük müharibədən sonraya baxsaq görərik ki, əvvəlki vaxtlarla müqayisədə son zamanlar əsir düşən şəxslərin geri qaytarılması məsələsində Ermənistan tərəfində də bir kompromis meyilləri artıb".

Bunu hərbi-siyasi ekspert Telman Qasımov deyib.

O bildirib ki, sülhməramlılar Qarabağda vəzifə və səlahiyyətlərini çox aşırlar:

"Artıq hər iki tərəfin əsir düşənlərin şərtsiz geri qaytarılmasından görürük ki, Paşinyan tərəfindən də artıq müəyyən qədər loyallıq var. Hazırda aydın məsələdir ki, Ermənistandakı müxalifət və radikal qruplaşmalar çalışırlar ki, Azərbaycanla münasibətləri gərgin olaraq saxlasınlar. Bununla da Ermənistan baş nazirinin kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiya məsələsində, eyni zamanda böyük sülhün imzalanması prosesində tərəddüd içində qalsın və bu işlərin icrasına canatmasın. 

Paşinyanın son keçirdiyi müşavirələrdə nəqliyyat kommunikasiya infrastrukturlarının qurulması ilə Ermənistan iqtisadiyyatının nə qədər xeyir götürəcəyi, Ermənistanın beynəlxalq ticarət yoluna çevriləcəyi məsələsi ilə bağlı tez-tez açıqlamaları ilə diqqət çəkir. Paşinyan bununla bağlı işçi qrupunun hesabatını da dinlədi, yenidən bu kommunikasiya xəttlərinin fəaliyyəti başlamasına görə yenidən ora maliyyə ayrılmasını gündəmə gətirdi. Son zamanlar bu məsələlərdə Paşinyanın aktivliyi açıq sezilir. 

Lakin Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonası olan Qarabağdakı ərazilərdə göstərdikləri fəaliyyət onların missiyasını, vəzifə və səlahiyyətlərini çox aşır. Bu da hər zaman olduğu kimi Rusiyanın hiyləgər diplomatiyasının tərkib hissəsidir. Xocalıda erməni sepratçı rejim qalıqları, qanunsuz erməni silahlıları üçün yeni hərbi hissə tikilib, ora xeyli texnika və silah-sursat toplanıb. Yeni postlar qurulur, səngərlər qazılır. Bununla bağlı əlimizdə də xeyli faktlar var.

Görünən odur ki, Rusiya bununla ermənilərdə özünə inam, güvən yaradaraq daha çox erməniləri Qarabağa köçürmək istəyirlər ki, bununla da demoqrafik vəziyyəti dəyişməyi planlaşdırırlar. Rusiya beləcə, bölgədə vəziyyəti az da olsa gərgin saxlamaqla bunu lazım olan zaman əlində rıçak kimi istifadə etməklə, separatçı qüvvələr və onların əlində toplanmış silah-sursatlardan öz maraqları üçün istifadə etmək istəyir. Bu yolla da istədikləri zamanı vəziyyəti gərginləşdirməyi, nəzarəti əllərində saxlamağı planlaşdırırlar. Onlar üçün əsas bu lazımdır. Amma bütün bunların müqabilində Azərbaycan yenə də öz işini görür, öz hərbi gücünü artırır.  

Üçtərəfli bəyanatlarda da göstərildiyi kimi, əgər kommunikasiya yolları açılarsa, davamlı olaraq beynəlxalq nəqliyyat dəhlizinə çevrilərsə, düşünürəm ki, qanunsuz erməni silahlıların sülhməramlıların müvəqqəti səlahiyyət zonasından tərkisilah olması məsələsinin zamanı da gəlib çatacaq. Çünki yolların bir hissəsi Gəncədən gəlir Kəlbəcərə, Ağərəyə, oradan da Basarkeçərə, oradan Laçına, Laçından da Gorusa. Zəngəzur dəhlizi açılmaqla həm ermənilər üçün Laçın dəhlizi bağlanacaq, bu yoldan ermənilərə Qarabağa, Xənkəndinə gedib gəlmək üçün də istifadə etməyə başladıqdan sonra, bu yolların təhlükəsizlik məsələsi həllini tapacaqdır. Ermənistan tərəfinin özü də bu məsələdə maraqlı olacaq ki, həmin istiqamətdəki qanunsuz silahlı dəstələr fəaliyyət göstərməsin. Amma təəssüf ki, biz hazırda Rusiyanın ikibaşlı oyun oynadığına şahidlik edirik".




Paylaş:


Müəllif : Tarix:
3-01-2022, 14:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər