reklam
Regionxeberlericom.az » Gündəm » İcra başçısının yarıtmaz fəaliyyətinə görə Goranboyda narazılıq pik həddə çatıb-ŞİKAYƏT

reklam

İcra başçısının yarıtmaz fəaliyyətinə görə Goranboyda narazılıq pik həddə çatıb-ŞİKAYƏT


















RegionXəbərləri.com-un elektron poçtuna Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən şikayət məktubu daxil olub.Narazı vətəndaşın şikayətini olduğu kimi dərc edirik.

 "Goranboy rayonu Qızılhacılı qəsəbəsi Şəhid Nəsib Məmmədov adına 1 saylı körpələr evi qəza vəziyyətində olduğuna, tamamilə körpələr evi dağıdıldığı üçün körpələr evindən də pis gündə olan, Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbinin hərtərəfi daş betonla əhatə olunmuş korpusunda yerləşdirilib.

  Adətən hərtərəfi betonla əhatə olunmuş otaqlar cəzaçəkmə müəssisələrində olur ki, belə otaqlara "KARS", "cərimə təcridxanaları" deyilir ki, bu təcridxanalarda azadlıqdan məhrum edilənlər müəssisənin daxili nizam-intizam qaydalarını pozduqları üçün cəzalandırırlar.

 Çox təəssüflər olsun ki, Goranboy rayonu Qızılhacılı qəsəbə Şəhid Nəsib Məmmədov adına 1 saylı körpələr evinin uşaqları da belə bir, yəni hərtərəfi betonla əhatə olunmuş otaqlarda təhsil alırlar. Uşaqlar bizim gələcəyimizdir. Neçə illərdir körpələr evi İcra Hakimiyyətlərinə tabe idi. Nə səbəbə Goranboy İcra Hakimiyyəti bu körpələr evini nəzarətə götürmürdü?

 Aidiyyatı qurumlar hara baxır?

 Şəhid Nəsib Məmmədov adına 1 saylı körpələr evinin dağıdılmış, qəzalı vəziyyətdə olması aşağıdakı şəkillərlə Sizə təqdim edirəm".

   RegionXəbərləri.com olaraq aidiyyatı şəxslərin də mövqeyini dərc etməyə hazırıq...

   RegionXəbərləri.com 




Paylaş:


Müəllif : Tarix:
8-01-2022, 09:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər