reklam
Regionxeberlericom.az » Gündəm » Rektor təyin olunduqdan 8 ay sonra əvvəl professor, ardınca isə doktor adını necə alıb? - İcazə verin, şübhələnək...

reklam

Rektor təyin olunduqdan 8 ay sonra əvvəl professor, ardınca isə doktor adını necə alıb? - İcazə verin, şübhələnək...













“Sovet hakimiyyəti qurulduqdan dərhal sonra “lazımsız” professorlardan yaxa qurtarmaq üçün ömürlük əmək müqaviləsi sistemi ləğv edildi və bu sistem müsabiqə ilə əvəz edildi".

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib.Rektor onu da əlavə edib ki,ali təhsil müəssisələrində istər professor-müəllim heyətinin, istərsə də inzibati işçilərin əmək haqqı sistemində sovetlərdə mövcud olan “uravnilovka”, yəni eyni vəzifə tutanlara bərabər əmək haqqı sistemi hələ də tətbiq edilir. Başqa sözlə, əmək haqqı icra göstəricilərinə görə yox, vəzifəyə görə müəyyən edilir,-deyə rektor vurğulayıb.

Göründüyü kimi, ümumi təhsil sistemindən,onun başlıca problemlərindən danışan rektora sosial şəbəkələrdə cavab gecikməyib.

Faktinfo.az saytı olaraq rektorun fikirlərində haqlı olduğunu təsdiqləyirik,sosial şəbəkələrdə yazılanların üzərinə qayıtmırıq, rektorun sətiraltı da olsa vurğuladığı kimi 90 faiz doktor,professor heyyətinin icra göstəricilərinin Azərbaycan elmi üçün hardasa gərəksiz olduğunun,farmalizmdən o yana keçmədiyinin,bu istiqamətdə xərclənən dövlət vəsaitinin səmərəsiz olduğunun fərqindəyik. Amma onun belə bir formada çıxış etməsini də hardasa məqbul bilmirik.Çünkü ölkə mətbuatında bu fikirləri səsləndirən şəxsin-Ədalət Muradovun doktorluq dissertasiyası və professor diplomları ilə bağlı qalmaqallı söhbətlər bir müddət əvvəl elmi ictimaiyyət arasında əməlli-başlı şok effekti yaratmışdı.

Belə ki, bir müddət əvvəl mətbuatda rektor Ə. Muradovun doktorluq dissertasiyası və professor diplomları ilə bağlı tənqidi fikirlər səsləndirilmişdi.Qeyd edilirdi ki, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər elmlər doktoru kimi tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtilsad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən diplomunu ala bilməməsi , 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi vurğulanırdı.

O zaman yazılırdı ki,rektor elmlər doktoru elmi dərəcəsini almazdan əvvəl professor adına layiq görülüb.Yəni o, 21.11.2014-cü ildə professor adına layiq görülsə də,sonradan doktor adını alıb.Mətbuat vurğulayırdı ki,məhdud bir vaxtda,özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək necə mümkün olub? Burada hər kəsi düşündürən incə mətləb ondan ibarət idi ki, Ə.Muradov rektor təyin olunduqdan 8 ay sonra əvvəl professor, ardınca isə doktor adını necə alıb?

İndi Ədalət Muradov qalxıb sovetlərdə mövcud olan “uravnilovka”, yəni eyni vəzifə tutanlara bərabər əmək haqqı sistemidən danışır.Əslində Ədalət Muradov doktorluq dissertasiyası və professor diplomu tənqid hədəfinə çevriləndə münasibət bildirməli idi ki,kimsənin hazırda onun "“lazımsız” professorlar" fikrinə iradı olmasın. Necə ki,deputat Eldar Quliyev 58 yaşından sonra 2-3 ilin içində müxtəlif sahələri əhatə edən 5-6 elmi kitab yazır və doktor,professor olur.Belə bir həyat yolunu da Azərbaycan gəncliyinə məsləhət bilir,bununla öyünür.Sonda da bir neçə vəzifə daşımasına rəğmən Ağsaqqallar Şurasının sədri seçilir.Adam yaranan arxayınçılıqdan o qədər müyəssər olub ki,hazırkı şəraitdə aidiyyatı oldu-olmadı bütün məsələlərə münasibət bildirir.Onun fikirlərinə irad tutanlara isə, istənilən halda istehsa ilə yanaşır.Söz düşsə yəqin ki,o da “lazımsız” professorlardan yaxa qurtarmaqdan danışar.






Paylaş:


Müəllif : Tarix:
18-01-2022, 09:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər