Zaur Mikayılovun Beyləqandakı kadrının TƏRƏQQİSİ... - İTTİHAM VAR!
Bu günlərdə Beyləqan rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatı sarıdan problemlərin mövcudluğu ilə əlaqədar “Dəryaz” qəzeti redaksiyasına daxil olmuş müraciətlərin izi ilə əməkdaşlarımız adı çəkilən rayonda olublar. Gün ərzində bir neçə dəfə cəhd eləsələr də, problemə əsas sorumlu vəzifəli şəxs olan Azim Kərimovu rəisi olduğu Suvarma Sistemləri İdarəsində iş başında tapa bilməyiblər. İdarə binasında və binanın həndəvərində ötəri müşahidələr aparan əməkdaşlarımız kontorun həyətindəki tualetin qapısının belə olmadığını görüblər. Bir neçə nəfər qadın işçinin də çalışdığı idarənin ayaqyolunun bu günkü vəziyyəti belə qənaətə gəlməyə əsas verir ki, Azim Kərimovun mədəniyyəti yetərli səviyyədə deyil, ondan idarənin başqa işlərinin də yaxşı səviyyəyə çatdırılmasını gözləməyə dəyməz.
Hərçənd, Azim bəyin öz işləri əla gedir. Buna dair internetdə açıq mənbələrdə yetərincə informasiya vardır. Bildirilir ki, A.Kərimov idarənin ştat cədvəlində adı gedən, amma işə çıxmayan xeyli işçinin əmək haqqı kartını özünə götürərək ayda külli miqdarda pul əldə edir. Onların bir çoxunun hətta adları da KİV-də yayılıb. Adlarına ən çox qeyri-qanuni kart açılanların isə rayonun 3№-li Sovxoz, Xələc və Kəbirli kəndlərinin sakinləri olduğu deyilir. Həmçinin qeyd olunur ki, Azim Kərimov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan rayonunda yerləşən yardımçı fermer təsərrüfatına da qardaşı Hətəm Kərimovu müdir təyin edib və bu təsərrüfatda yetişdirilən qoyun-quzu qardaşların şəxsi mülkünə çevrilib. Digər bir məlumatda qeyd edilir ki, Azim Kərimov təsərrüfatın 35 ha torpağında yonca əkdirərək satdırır.
Dövlətin nəğd pul vəsaitlərindən başqa Beyləqan Suvarma Sistemləri idarəsində texnika üçün ayrılan yanacaq, sürtgü materialları və ehtiyat hissələri də təyinatı üzrə istifadə edilməyərək silinir. Ayrılan benzin və salyarka isə idarənin yaxınlığında yerləşən “qırmızı zapravka”da satılır. İdarənin balansında olan traktorlar, maşınlar və digər texnikanı isə, rəis Azim Kərimov ayrı-ayrı şəxslərə icarəyə verib. Təbii ki, burdan əldən edilən pullar da rəisin cibinə gedir.
Bütün bunlardan başqa, Azim Kərimovun içki düşkünü olduğu, habelə katibəsinə 1500 manat qiymətinə “Ayfon” tipli telefon hədiyyə etdiyi bildirilir.
Sonda Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində dediklərini Azim Kərimova xatırladırıq: “Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.
Deryaz.az
Paylaş:
Müəllif : Fuad
Tarix:18-01-2022, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər