“Onların törəmələrinin qolundakı saatın puluna...” – Fərhad Əhmədovdan sərt açıqlama
İspaniyanın İbiza kurort adasında 22 yaşlı Azərbaycan vətəndaşının 1.5 milyon dollar dəyərində “Richard Mille 50-03 MCLaren F1” markalı saatının oğurlanması əhvalatı yerli mətbuatda əsas müzakirə mövzusudur.
Əvvəlcə həmin “ifrat varlı” gəncin Azərbaycan məmurlarından birinin oğlu olduğu haqda iddialar sosial şəbəkələrdə, ardınca internet KİV-lərində yayıldı. Lakin bu məlumat qəti təkzib olundu. Ardınca isə deyəsən yerli sarı media saatın “əsl sahibini” tapdı-iddia olundu ki, 1.5 milyon dollarlıq saatı oğurlanan gənc Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun oğludur.
Qeyd edək ki, nə ispan, nə ingilis mediasında saatı oğurlanan “ifrat varlı” gəncin adı çəkilmir. Çünki polis zərərçəkənin adını məxfi saxlayır. Təkcə o qeyd edilir ki, həmin gənc Azərbaycan vətəndaşıdır, digər azərbaycanlı dostu ilə İbizada istirahət edərkən soyğunçuluğa məruz qalıb.
Həmin zərərçəkənin F.Əhmədovun oğlu olduğu haqda məlumatların çoxsaylı KİV-lərdə və sosial şəbəkələrdə tirajlandığını nəzərə alaraq biznesmenlə əlaqə saxladıq. Rusiyalı milyarder oğurlanan saata görə onun və oğlunun adının hallandırılmasını “diqqəti əsl “zərərçəkəndən” yayındırmağa yönəlmiş primitiv cəhd” adlandırdı.
“Bu iddialar qaçılmaz şəkildə İbizada baş vermiş həmin kazusa yönəlmiş ictimai diqqəti yayındırmağa yönələn primitiv cəhddir, əsl “zərərçəkmişi” hədəfdən yayındırmağa hesablanmış iz azdırmadır. Şəxsən məni özümün və oğlumun adının hallandırılması məyus etmir, yeri gəlmişkən bu hallandırma özü gülməlidir. Əsl kədərli olan milli məmur sinfinin-“xalqın nökərlərinin” korrupsiyalaşma səviyyəsidir. Hansı ki, onların törəmələrinin qollarındakı saatın puluna qocalar, əlillər üçün iki-üç bina tikmək olardı. Və kədərli olanı milli medianın sarı seqmentinin qeyri-peşəkarlığı və prinsipsizliyidir”,- F.Əhmədov bildirib.
Fərhad Əhmədovun qanuni nümayəndəsi Nail Şahverdiyev isə KİV-lərə biznesmenin adından yazılı təkzib bəyanatı göndərib. Həmin bəyanatda saatın F.Əhmədovun oğluna məxsus olması haqda internet portallarının iddiaları təkzib edilir. Bildirilir ki, nə Fərhad Əhmədovun, nə oğlunun “Richard Mille 50-03 McLaren F1” qol saatı yoxdur. Nəticədə bu saat Əhmədovun oğlundan oğurlana bilməzdi. “Belə ki, nə mən, nə də mənim övladlarım qol saatından istifadə etmirik”,-biznesmenin adından yayılan təkzibdə deyilir.
Biznesmenin qanuni nümayəndəsi onu da əlavə edib ki, F.Əhmədov leqal yollarla pul qazanan biznesmendir və məntiqlə o, qazandığı qanuni vəsaitlər hesabına hansısa lüks əşya alsa bunu gizlətməyə də ehtiyacı olmazdı.
Beləliklə, İbizada oğurlanan saatın sahibini doğrudan da korrupsioner məmurların törəmələri arasında axtarmaq lazım gəlir...
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-06-2019, 12:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-06-2019, 12:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39