reklam
Regionxeberlericom.az » Gündəm » Eldar Həsənovun ardından Eldar Mahmudovun QOLLARINA QANDAL VURULACAQ... - İLGİNC İDDİALAR...

reklam

Eldar Həsənovun ardından Eldar Mahmudovun QOLLARINA QANDAL VURULACAQ... - İLGİNC İDDİALAR...










Xəbər verildiyi kimi, keçmiş baş prokuror və Serbiyada, həmçinin Bosniya və Herseqovinada keçmiş səfir Eldar Həsənov 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Mənimsəmə, oğurluq və sui-istifadə maddələri ilə mühakimə olunan Həsənovun əslində başqa səbəbə görə həbs edildiyi israrla bildirilir. Elə sabiq baş prokurorun məhkəmə çıxışlarında da söylədikləri fərqli deyildi. DİA.AZ AzToday.az-a istinadən xəbər verir ki, politoloq Ərəstun Oruclu Eldar Həsənovun həbsi ilə bağlı ilginc məlumat yayıb. Onun sözlərinə görə, sabiq səfirin həbsinin səbəbi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov olduğunu bildirib.

“…2013-c ilin iyun ayı idi. Səfir müavinlərindən biri məni nahara dəvət elədi və biz Hyatt Regency hotelinin hovuzunun yanındakı restoranda görüşməyə razılaşdıq. O zaman bizim NATO-Azərbaycan münasibətlərilə bağlı birgə proqramımız vardı və onunla əlaqədar qarşıdan gələn tədbirləri müzakirə etməli idik.

Restoranda ilk diqqətimi çəkən biz əyləşəndə ofisiantın gətirib masanın üzərinə qoyduğu külqabı oldu, çünki qalan bütün masaların üzərində külqabı əvvəldən vardı. Məni belə şeylər narahat eləmirdi, çünki Mahmudovun əldəqayırma xəfiyyələrinin telefonumu, evimi, maşınımı, yoldaşımın və uşaqlarımın telefonlarını dinlətdirdiyini bilirdim. Bir növ alışmışdım buna artıq.

Söhbət əsnasında birdən səfir müavini qəribə bir sual verdi:

– Cənab Oruclu, sizcə Eldar Həsənov hakimiyyətin adamıdır?

– Əlbəttə, hakimiyyətin səfiri ayrı kimin adamı ola bilər ki?

– O zaman o, “Milyarderlər İttifaqının” Budapeştdə görüşünü niyə təşkil etsin ki?

– Deyə bilmərəm, amma bəlkə şəxsi münasibətlərinə görə. Məsələn, Abbas Abbasovla.

– Yox, onu anlayıram, amma bu qrup Rusiyanın siyasi projesidir, özü də İlham Əliyevə qarşı.

– Ona qarşı deyındə ki, hakimiyyətdən düşürmək mənasında deməzdim, amma təzyiq etmək üçün ciddi vasitədir, bəli.

Söhbətimiz bununla bitdi, amma məni narahat etməyən külqabı artıq öz işini görmüşdü.

Aradan bir neçə gün keçmişdi ki, bir tanışım Eldar Mahmudovun mənim guya səfir müavini ilə görüşdüyüm ölkənin kəşfiyyatına işlədiyim haqda İlham Əliyevə arayış təqdim etdiyini dedi.

Cavabım bu oldu ki, başqa məsələdir, OBXSS sadəcə mənim adımı oraya bir növ söhbətin iştirakçısı kimi arayışda yazılanların daha da etibarlı olmasını əsaslandırmaq üçün yazıb. Qısası, anladım ki, Mahmudov adaşını satıb, çünki səfir müavinin dedikləri Eldar Həsənovun taleyini artıq həll etmişdi.

Xeyli gözlədim ki, indi hansısa məxfi mənbənin vasitəsilə məndən bu söhbətin dəqiq olub-olmadığı haqda informasiya almağa çalışacaqlar. Xoşbəxtlikdən ətrafımdakı Mahmudov agenturasının kimlər olduğunu dəqiq bilirdim və belə də oldu. Onlardan biri söhbət əsnasında məndən soruşdu ki, səncə “Milyarderlər İttifaqında” Eldar Həsənov da ola bilər?

Dedim ki, yox əlbəttə, o, belə şeylərə getməz. Ona görə ki, bütün əməllərinə rəğmən Eldar Həsənovun özündən əvvəlki və sonrakı prokurorlarla müqayisədə hamısından ən azı şəxsiyyət kimi üstün olduğunu bilirdim və üstəlik də Əliyev hakimiyyətinə xidmət göstərmək kimi öhdəliyim yox idi və yoxdur da.

Amma bu, “dəqiqləşdirmədən” sonra bir şeyi anladım ki. Eldar Həsənovun müqəddaratı artıq həll olunub, adaşı onu satıb, özü də necə deyərlər, “sənədi-sübutu” ilə. Yəni, külqabına yerləşdirilmiş dinləyici vasitəsilə əldə olunmuş səs yazıları vasitəsilə. Mahmudov bunu etməli idi, amma bunun səbəbi haqda bir qədər sonra.

Eldar Həsənov hakimiyyətin baş prokuroru olub və buna görə onu (elə təkcə OMON işinə görə) bəlkə də 5 ömürlük həbs cəzasına məhkum eləmək olardı, amma dünən onun mühakimə olunduğu ittihamlar şübhəsiz ki, saxtadır. Necə ki, vaxtilə Eldar Həsənovun özü də yüzlərlə belə ittihamlari imzalamışdı.

Hər bir halda, məqsədim heç də yıxılana balta çalmaq deyil. Necə deyərlər, Allah qapısını açsın. İkinci bir arzum da budur ki, sağ əli özündən sonra gələn və Azərbaycan xalqına qarşı minlərlə cinayət törətmiş həmkarlarının başına olsun. Əminəm ki, belə də olacaq və belə olmasına da çalışacağıq.

Eldar Mahmudov həmin məlumatı siyasi rəhbərliyə məruzə etməyə bilməzdi. Ona görə yox ki, bu, onun vəzifə borcu idi, ona görə ki, artıq o zaman OBXSS Eldar özü prezidentlik iddiasına düşmüşdü və öz aləmində ağıllı bir plan da qurmuşdu. Adaşı Həsənovu da özünə rəqib görürdü. Amma Eldar Mahmudov cəmi iki ildən sonra faciəvi şəkildə iflasa uğrayan həmin plandan artığını qura bilməzdi.

2013-cü il seçkiləri ərəfəsində baş verənlər çoxlarını bitirdi, amma hələ çoxunu da bitirəcək. Siyahı düşündüyünüzdən daha böyükdür, inanın. İndi hesabımda yanılmıramsa, növbə Mahmudovun özünün olmalıdır. Rusiyanın oyunlarına qatılmağın bədəli budur. Hamısına keşmiş olsun”.




Paylaş:


Müəllif : Tarix:
22-01-2022, 11:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər