Vaqif Həsənovla bağlı İLGİNC İDDİALAR - Özünə biznes qurub və...
Ağdam rayonundan Azinfo.tv ya maraqlı məlumat daxil olub.Məlumatda icra hakimiyyətinin başçısı Vaqif Həsənovun yaxın adamları vasitəsilə özü üçün biznes yaratdığı bildirilir.
Qeyd olunur ki,icra başçısının göstərişi ilə "Kökəltmə" adlanan ərazidə 400 hektar sahə təmizlənərək əkinə yararlı vəziyyətə gətirilib.
Müharibə vaxtı Ağdam ərazisində işğaldan azad olunmuş yerlərdən ələ keçirilmiş hərbi qənimətləri icra başçısı şəriki N saylı hərbi hissənin briqada komandiri Polad adlı şəxsin əli ilə satışa çıxarmışdır.Sonradan bu məsələdən hərbi nazirlik xəbər tutduğu üçün briqada komandiri vəzifəsindən azad edildi.
Mənbənin sözlərinə görə, Ağdam ərazisində yerləşən bütün marşrut xəttlərinə və sair biznes sahələrinə başçının yaxın qohumları və adamları nəzarət edirlər.Bu sırada Tariyel, Şərif və sair şəxslərin adları hallanır.
Gülablı kəndinə cavan qızı icra nümayəndəsi təyin ediblər.Ancaq həmin qız işə gəlmir və onun əvəzinə rəsmi tədbirlərdə atası Elmir adlı şəxs iştirak edir.
Ağdam rayonu Novruzlu kəndinin aşağısından Qarqar çayı keçir.Həmin çayın yatağında icra başçısının adamları qum-çınqıl karxanası açıblar və gecə-gündüz torpağın üst qatı məhv edilərək, material məlum olmayan yerlərə daşınır.Bilinmir ki, buradan əldə olunan gəlir kimlərin cibinə gedir, ya vergi verilir?
Qeyri-qanuni şəkildə torpağın dərin qatını istismar edən karxanaya başçının yaxın adamları Kəramət və Elman rəhbərlik edirlər.
Camaat üçün qazılmış artezian quyusundan qanunsuz olaraq karxana üçün istifadə olunur. Karxanadan yük daşıyan ağır tonnajlı maşınlar rayon yollarının asfalt qatını sıradan çıxarır.
Redaksıyadan: Mənbə yeni məlumatların olacağını bildirib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-01-2022, 12:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər