YAP-da “təmizləmə əməliyyatı“: - 64 sədr niyə vəzifədən getdi?
YAP İdarə Heyətinin ötən gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub.
Xəbər verdiyimiz kimi, hakim partiyada vəzifəsini itirənlər arasında Milli Məclisin deputatları, eləcə də digər tanınmış şəxslər var.
Belə ki, YAP-ın qərarı ilə YAP Xaçmaz rayon Təşkilatının sədri, Xaçmaz rayonunun keçmiş icra başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin deputatlarından isə Gəncə şəhər Partiya Təşkilatının sədri Naqif Həmzəyev, Ağdaş rayon Partiya Təşkilatının sədri Cavid Osmanov, eləcə də, Yevlax şəhər Partiya Təşkilatının sədri İlham Məmmədov öz vəzifəsini itirənlər arasındadır.
Kadr dəyişikliyi partiyaya hansı yenilikləri vəd edir?
YAP-ın yeni strategiyası necə olacaq? DİA.AZ xəbər verir ki, yenisabah.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov suallarımıza aydınlıq gətirib.
Onun sözlərinə görə, YAP-ın sonuncu qurultayında yeni nizamnamə qəbul edildi və yeni nizamnaməyə əsasən, eyni vaxtda partiya daxilində 2 vəzifə tutmaq olmaz:
“Tutaq ki, deputatsansa, ya deputat qalmalısan, ya da ki, partiyada tutduğun digər bir vəzifədə. Yəni ikisindən birini seçməlisən.
Görünən odur ki, bizim deputat nümayəndələrimiz də deputatlıq fəaliyyətlərini davam etdirmək qərarına gəldilər və ona görə də, onların vəzifələrində dəyişiklik baş verdi. Əslində, bütün bunlar sırf yeni nizamnamənin tələblərindən irəli gələn məsələlərdir. Məsələn, Cavid Osmanov nizamnaməyə uyğun olaraq, Ağdaş rayon Partiya Təşkilatının rəhbərliyi vəzifəsindən çıxdı, amma, eyni zamanda, İdarə Heyətinin üzvüdür. Naqif Həmzəyev Gəncə şəhər Partiya Təşkilatı vəzifəsini tərk etdi, amma YAP-ın digər orqanlarının üzvüdür. Bütün bunlar hamısı onu göstərir ki, bu sırf partiyanın nizamnaməsinin tələbidir”.
“Bütövlükdə YAP-ın həm də yeni proqramı müəyyən olunub. Bu proqram əsasında fəaliyyət göstərir və göstərəcək. Yeni reallıqlardan çıxış edərək həmin proqram hazırlanıb. Ona görə də, bu gün YAP, yeni reallıqlara adekvat olan bir siyasət həyata keçirir. Yeni dövrün çağırışları və yeni hədəfləri var və ona görə də, YAP çevik bir partiya olaraq bu proseslərə adaptasiya olunur və eyni zamanda, qarşıda dayanan digər mühüm vəzifələrin yerinə yetirilməsi üçün səfərbər olunmuş bir partiya kimi fəaliyyət göstərir. Bu həm də partiya strukturlarındakı dəyişiklərdə özünü ehtiva edir. YAP hər zaman islahatlara açıq partiyadır və bu kimi dəyişikliklər hər zaman baş verir və baş verəcək”, - deyə E.Nəsirov fikrini yekunlaşdırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-01-2022, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər