İki tikinti şirkətinin xarabalığa çevirdiyi “Azadlıq PARKI” - Şərurlu İsfəndiyar kimi ittiham etdi?
Kadrlarda gördüyünüz xarabazar bir zamanlar Binəqədi rayonu ərazisində, “Azadlıq prospekti” metrosunun çıxışında yerləşən ərazidə gözəl bir park idi. Amma illər öncə parkın yaşıllıqları zəbt edildi. Daha doğrusu, yarımçıq tikililərin içində mühasirəyə alındı. RegionXəbərləri.com Bizim.Media-ya istinadla xəbər verir ki, parkda hələki salamat qalan ancaq ağaclardır. Amma onların yaşıl rəngi bozumtul tozanağa bürünüb.
Problemlər arasında qanunsuz sayt reklamları, qopmuş döşəmələr, dağılmış pilləkənlər, elektrik naqilləri, parkın sözün hər mənasında zibilxanaya çevrilməsi var.
Əsas tullantılar isə inşaata aiddir. Çəkiliş apardığımız zaman ərazidəki inşaat işçilərindən biri az da olsa informasiya verdi. Onun sözlərinə görə, tikintilərdən biri “Şərurlu İsfəndiyar”ın, digəri isə millət vəkili Ağalar Vəliyevə aid “Kristal Abşeron”undur. Parkı bu günə qoyan da məhz onlardır.
Binəqədi rayon icra hakimiyyətinin rəsmisi də bu şirkətlərdən birini, “Şərur İnşaat” MTK-nın belə mənzərəninin müəllifi olduğunu bildirdi və şirkəti məhkəməyə verdiklərini qeyd etdi.
Məsələ ilə bağlı İsfəndiyar Axundovla da əlaqə saxladıq. İ.Axundov parkın ona heç bir dəxli olmadığını dedi. Məsələnin bu şəkil almasında Binəqədi rayon İcra Hakimiyyətini suçladı:
“Binəqədi İcra Hakimiyyəti fırıldaqla məşğuldur, bu onlara aid məsələdir və məni nahaqdan ittiham edirlər”.
“Kristal Abşeron” MTK-ya ünvanladığımız suallara isə söz versələr də cavab gəlmədi.
Araşdırmamız isə davam edir.
Daha ətraflı videoreportajda:
Paylaş:
Müəllif : Fuad
Tarix:3-02-2022, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər