reklam
Regionxeberlericom.az » Gündəm » Həbsdə olan Eldəniz Səlimovun mandatı niyə alınmır? - Açıqlama

reklam

Həbsdə olan Eldəniz Səlimovun mandatı niyə alınmır? - Açıqlama















“Eldəniz Səlimovla bağlı məhkəmə qərarı qüvvəyə mindiyi anda deputat statusundan məhrum edilmiş sayılacaq”.

Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib. O xatırladıb ki, Eldəniz Səlimovun toxunulmazlığı ləğv edilsə də, deputat səlahiyyətlərini özündə saxlayır:

“Azərbaycan qanunvericiliyinə görə, məhkəmələrin ilkin mərhələsində qərardan narazı olan vətəndaşlar apellyasiya şikayəti verirlər. Bununla da qane olmadıqda Ali Məhkəməyə müraciət olunur. Sonda proses Konstitusiya Məhkəməsinə qədər uzana bilir. Bu, hər bir vətəndaş üçün nəzərdə tutulan qanunvericilik yanaşmasıdır.

Bildiyim qədərilə Eldəniz Səlimov da bu hüququndan istifadə edərək, Apellyasiya Məhkəməsinə şikayət edib. Apellyasiya Məhkəməsinin də qərarından narazı olarsa, yuxarı instansiya məhkəmələrinə müraciət edə bilər. Sonda bütün mərhələlərdən keçib, məhkəmənin ilk mərhələsində qeyd edilmiş qərar təsdiqini taparsa, Eldəniz Səlimov deputatlıq səlahiyyətlərindən tamamilə məhrum ediləcək. Bunun üçün məhkəmənin qərarının qüvvəyə minməsi kifayətdir. Buna görə Milli Məclisin və ya İntizam komissiyasının toplanmasına ehtiyac yoxdur”.

Fəzail Ağamalı onu da qeyd edib ki, hazırda həbsdə olan Eldəniz Səlimov deputat kimi Milli Məclisin iclaslarında iştirak edə bilməz: 

“Lakin deputat kimi əməkhaqqını alıb-almadığını deyə bilmərəm. Hər bir halda Eldəniz Səlimov hələ də deputat səlahiyyətlərini daşıyır. 

İstənilən halda ortada faktiki olaraq cinayət işi var. Güman etmirəm ki, Eldəniz Səlimovun yuxarı məhkəmələrə davamlı şikayətlər verməsi məhkumluğuna tamamilə son qoyacaq. Ola bilər, həbs müddəti nisbətən azaldılsın, daha az cəza çəksin. Lakin subyektiv fikrimə əsaslanaraq bildirirəm ki, tamamilə bəraət alacağını hesab etmirəm”.

Qeyd edək ki, 2021-ci il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Səlimov apellyasiya şikayəti verib.\Modern.az 


 




Paylaş:


Müəllif : Tarix:
3-02-2022, 13:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər