Ağstafada icra başçısı yaxşıdır, ƏTRAFI PİS... - Belə də olurmuş...
“Ağstafa rayon İcra Hakimiyyətinin başçısının səmimiyyətindən, sakit və mülayim tərzindən istifadə edildi”. Bu ifadələr Ağstafa rayonundan Faktinfo.az saytına göndərilən fikirlərdəndir. Məlumatda bir sıra cümlələrin həqiqət olub, rayondakı bəzi informatorların fikirləri ilə üst-üstə düşməsi bu barədə yazmağı şərtləndirdi.
Beləliklə, sayta daxil olan məlumatda qeyd edilir ki, RİH başçısı Seymur Orucov həddən ziyadə sakit, mülayim və humanist bir şəxsdir. Onun rayona icra başçısı təyin olunması ən çox üç şəxsin işinə yarayıb. Başçının keçmiş müavini Ramiz Tatarovun həbsindən sonra bu şəxslərin hər üçü işdən çıxarılmasını gözləyərkən, onlardan 2-si Seymur Orucovun müavinləri təyin olunub, digəri isə vəzifəsini qoruyub saxlaya bilib. İndi onların hər üçü rayonda başçıya yaxın şəxs kimi tanınır.
Yüzlərlə haqq və hüququ pozulmuş vətəndaşların problemlərinə “bulaşmış” bu şəxslərin vəzifəyə irəli çəkilməsi, digərinin vəzifəsini qoruması rayonda möcüzə kimi qəbul olunub.İxtisarla qeyd etdiyimiz məlumatda o da bildirilir ki, bu şəxslərdən biri zamanında bələdiyyə torpağının 2019-cu ilə qədər icarədə olmasına rəğmən, tərəflər arasında müqavilə şərtlərinin ləğvinə dair əsas olmadan, digər şəxs üçün 2017-ci ildə, torpağın 2007-ci il tarixindən əvvələ verilməsini “rəsmiləşdirib”. Belə nümunələr kifayət qədərdir.
Haqqında söhbət açılan vəzifəlilərdən Ağstafa RİH-də hüquq şöbəsinin müdiri işləmiş Müşviq Hüseynov, indi başçının birinci müavini, kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmış İlqar Hacıyev başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrinə yüksəlib. Vəzifəsini itirəcəyi qorxusunu yaşayan Memarlıq və Tikinti şöbəsinin müdiri Sənan Mustafayev isə kreslosunu qoruya bilib.
O da qeyd edilir ki,gərəkirdi RİH başçısı Seymur Orucov ətrafına ideya və təşəbbüsü olan, kryeaktiv düşüncə tərzinə malik şəxsləri toplayıb digərilərinə örnək olaydı.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-02-2022, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər