Gəncədə DƏHŞƏT! – İtləri diri-diri basdırdılar - VİDEO
Gəncədə küçə itlərinin kütləvi şəkildə güllələnərək zibil poliqonuna atıldığı, daha sonra isə diri-diri basdırıldığı iddia edilir.
Bu barədə Bakupost.az -a “Azərbaycan Heyvanların Mühafizəsi” İctimai Birliyindən məlumat verilib.
İB-nin sədr müavini Fərid Mansurov saytımıza dediklərini təsdiq edən videolar göndərib və hadisənin bu gün səhər baş verdiyini deyib:
“Bu kimi güllələnmə hadisələri Gəncədə tez-tez qeydə alınır. Lakin bu gün səhər saatlarında itlərin kütləvi qətliamı olub. Özü də bunu gündüz ediblər, uşaqların gözünün qabağında olmuş hadisədir. Daha sonra itləri yığıb aparıb zibil poliqonu deyilən əraziyə atıblar.
Əraziyə traktorlar cəlb olunub. Traktorlar itlərin üzərindən keçə-keçə onları kütləvi şəkildə basdırıblar. İtlərin arasında yaralı olsa da, hələ yaşayanları da olub.
Həmin məkana Gəncədə olan heyvansevərlər çatıblar, torpağı qazıb diri itləri çıxarmağa cəhd ediblər. Lakin onlara imkan verməyiblər. İtlər torpağın altında işgəncə ilə can veriblər”.
O, bu qətliamı yerli icra orqanlarının və bələdiyyələrin etdiyini iddia edir.
Bakupost.az məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İH-dən bildirilib ki, məsələ araşdırılır: “Araşdırma bitdikdən sonra ictimaiyyətə açıqlama veriləcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-02-2022, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər